Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell” uşaqlari “qiş səyahəti” nə dəvət etdi!

Bakı, 29 dekabr 2005

Uşaqlarla yaxından dostluq edən və onlara hər zaman qayğı göstərən "Azercell Telekom" BM "Dünya azərbaycanlılarının həmrəyliyi günü" və "Yeni İl" bayramı münasibətilə uşaq evlərində yaşayan 1905 uşağı "Afrika şirləri" attraksionunun "Qış səyahəti" proqramına dəvət etdi. Qeyd edək ki, Bakı Dövlət Sirkində azyaşlı tamaşaçıların xahişi ilə keçirilən "Afrika şirləri" attraksionu Azərbaycanda ilk dəfə nümayiş etdirilir.

Uşaqlar "Qış səyahəti" proqramının gözəl nömrələrinə, şən klounları, Şaxta Baba və Qar Qıza tamaşa etdilər. Nümayiş olunan nömrələr azyaşlı tamaşaçıların böyük marağına səbəb oldu.

Tamaşada "Ümid yeri" Uşaq Evi, Maştağa qəsəbəsində yerləşən 1 saylı, Şüvəlan qəsəbəsindəki 1 və 16 saylı saylı uşaq evləri, görmə və eşitmə qabiliyyətindən məhrum uşaqlar üçün internat evi, 1, 2, 3 saylı uşaq evləri, Saray, Ramana qəsəbələrində yerləşən əlillər evi, Zaqulbadakı "Gindes" adına uşaq sanatoriyası, Zabratdakı psixonevroloji sanatoriya, 1 saylı psixonevroloji uşaq evinin sakinləri iştirak etdilər.

Uşaq və yeniyetmələri daim diqqət mərkəzində saxlayan, onlara sosial və mənəvi qayğı göstərən "Azercell Telekom" BM onlar üçün intellektual yarışlar keçirir, müsabiqələr təşkil edir v. s. "Azercell" bütün uşaqları Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni İl Bayramı münasibəti ilə təbrik edir! Şirkət yeni ildə də sosial və mənəvi yardıma ehtiyacı olan uşaqların dəstəklənməsi layihələrini davam etdirəcək.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr