Azərbaycan dilindəIn EnglishПо-русски

“Dostum, mənim üçün zəngi ödə!” — “Azercell” dən yeni “DostCELL” xidməti!

Bakı, 26 yanvar 2006

Öz yenilikləri ilə abonentlərini sevindirməyə çalışan Azərbaycanın mobil rabitə lideri “Azercell Telekom” BM daha bir yeni xidmət növünü onların istifadəsinə verdi! Həm Azercell Fakturalı xətt abonentlərə, həm də GəncSim və SimSim abonentlərinə təqdim olunan bu unikal xidmət “DostCELL” adlanır. “DostCELL” xidməti bütün Azercell abonentlərinə gün ərzində 3 dəfə bir-birindən zəngin ödənilməsini istəməyə imkan verir!

Xidmətdən yararlanmaq qaydaları

Yeni xidmətdən yararlanmaq üçün abonent sadəcə *140* digər abonentin mobil telefonun nömrəsi #YES yığıb zəng etməlidir. Abonent həmçinin +99450, 0099450, 050, formatları ilə istək göndərə bilər. Bu zaman B abonenti A abonentindən gələn zəngi qəbul etdikdən sonra ona bu zəng üçün ödəniş etməsi haqqında səsli anons bildirilir. Əgər abonent istəyi qəbul etmək arzusundadırsa, onda 1(bir) düyməsini yığdıqdan dərhal sonra (başqa heç bir düyməni yığmadan) A abonenti ilə bağlantı yaranır və B abonentinin tarif paketinə uyğun olaraq zəng üçün ödəniş hesablanır. Əgər abonent istəyi qəbul etmək istəmirsə — 2 (düyməsini) yığmalıdır.

Xidmətin deaktiv olunması

  • Xidmətdən istifadəni fərdi şəkildə dayandırmaq olar. Bunu etmək üçün abonent subscriber.azercell.com internet səhifəsində öz istifadəçi nömrəsini (abonentin mobil telefon nömrəsi) və şifrəsini daxil edir. Abonent şifrəsini bilmirsə və yaxud unudubsa, internet səhifədəki “forgot password” düyməsini seçir və ona qısa mesaj vasitəsi ilə şifrə göndərilir. Sonra abonent “Update profile” bölümünə daxil olur və “Allow pay4me calls” bəndinin qarşısında olan seçim işarəsini götürsə, onda başqa bir abonent ona istək göndərə bilməyəcək. Qeyd edəkki, ilkin olaraq bu xidmət bütün abonentlər üçün aktiv olunacaq.
  • Həmçinin abonent Azercell Müştəri Xidmətlərinə müraciət edərək xidmətdən istifadəni dayandıra bilər.

Xidmət haqqı Tarif paketinə uyğun olaraq istəyi cavablayan abonent tərəfindən ödənilir. “DostCELL” xidməti haqqında daha geniş məlumatla www.azercell.com İnternet səhifəsində tanış olmaq olar.

Beləliklə, çoxsaylı “Azercell Telekom” xidmətlərinə daha biri əlavə olundu. Hər zaman ölkənin mobil rabitə bazarina müasir dəyişikliklər edən “Azercell Telekom”-un bu istiqamətdə göstərdiyi səylər davam edəcək.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr