Azərbaycan dilindəIn EnglishПо-русски

Kampaniya 2700 abonentə 1.308 milyard manat (276.000 AZN) qazandırdı!

Bakı, 05 yanvar 2006

Son 3 ayda hər şənbə minlərlə abonentə sevinc yaşadan “LotoMesaj” kampaniyası başa çatdı! Dekabrın 31-də — Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində tamaşaçılar “Lider” televiziyası vasitəsilə sonuncu — 12-ci tirajda daha 225 abonentin pul uduşları əldə etməsinin canlı şahidi oldular!

Xatırladaq ki, “LotoMesaj” kampaniyasına 1 oktyabr 2005-ci ildən etibarən start verilmişdi. Uduş kampaniyasının tirajlarında şənbədən-şənbəyə SMS və MMS göndərən Azercell fakturalı xətt, SimSim və GəncSim abonentlərinin nömrələri oynayırdı.

Sonuncu “LotoMesaj” kampaniyasının 12 tirajında mükafatlar aşağıdakı qaydada müəyyənləşdirildi:

  • 24 abonentin hər birinə 10.000.000 manat (2.000 AZN);
  • 240 abonentin hər birinə 2.000.000 manat (400 AZN);
  • 2400 abonentin hər birinə 200.000 manat (40 AZN) qazandırdı.

Bundan əlavə, MMS göndərən 36 abonentin də hər biri 3.000.000 manat (600 AZN) uduşun sahibi oldu!

Qeyd edək ki, “Azercell Telekom” BM “LotoMesaj” kampaniyasını artıq ikinci dəfə keçirir. Analoji kampaniya 1 oktyabr-27 dekabr 2004-cü il tarixində keçirilmişdi.

Beləliklə, “Azercell Telekom”un 2005-ci il üçün olan “LotoMesaj” uduş kampaniyası uğurla başa çatdı! “Azercell Telekom” BM uduş sahiblərini təbrik edir və bütün abonentlərinə yeni 2006-cı iləd uğurlar arzulayır!


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr