Azərbaycan dilindəIn EnglishПо-русски

"Azercell Telekom" dan yeni GPRS/MMS rouminq xidmətləri

Bakı, 09 yanvar 2006

"Azercell Telekom" BM abonentlərinin rahatlığı üçün durmadan çalışmaqda davam edir. Ölkəmizin mobil rabitə nəhəngi bu yolda növbəti addımını ataraq daha 2 ölkənin — Honkonqun "Smartone-Vodafone" operatoru və Moldovanın "Moldcell" operatoru ilə GPRS/MMS rouminq müqaviləsi bağlayıb.

Hind okeanının sahillərində yerləşən Honkonq ən böyük sənaye, ticarət və təsərrüfat mərkəzlərindən biridir. Honkonq limanı dünyanın ən gəlimli-gedimli limanlarından hesab edilir. Qeyd edək ki, "Azercell Telekom" Honkonq ilə artıq ikinci dəfədir ki, GPRS/MMS sahəsində rouminq tərəfdaşı olur. Belə ki, Azərbaycanın mobil rabitə biznesinin lideri artıq oktyabr ayından etibarən Honkonqun "CSL Limited" operatorunun GPRS/MMS üzrə rouminq xidmətindən istifadə edir.

Moldova maraqlı tarixi, gözəl abidələri ilə daim turistlərin diqqət mərkəzində olub və zəngin təsərrüfatı sayəsində digər ölkələrin iş adamlarını da özünə cəlb edib.

İndi "Azercell Telekom" və "Moldcell" operatoru arasında istifadəyə verilən yeni GPRS/MMS rouminq xidməti Moldovada işgüzar səfərdə və istirahətdə olanların daha rahat və geniş çeşiddə xidmət almasına yardım edəcək.

Xatırladaq ki, "Azercell Telekom" BM artıq 16 ölkənin 26 operatoru ilə GPRS rouminq müqaviləsi imzalayıb.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr