Azərbaycan dilindəIn EnglishПо-русски

"Azercell Telekom" bm Maldivdə olan abonentlərinə etibarli rabitə imkani yaradir!

Bakı, 10 yanvar 2006

Abonentlərinin rahatlığı üçün daim çalışan "Azercell Telekom" BM beynəlxalq rabitəyə inteqrasiyasını davam etdirir. Ölkəmizin mobil rabitə lideri bu dəfə Maldivin "Wataniya Telekom" operatoru ilə rouminq müqaviləsi bağlayıb.

Maldiv mavi dəniz sahilli, mərcan naxışlı çimərlikləri, özünün incə və sakit təbiəti ilə zəngindir. Sivil dunyanın qalmaqallarından, səs-küyündən qaçıb istirahət etmək istəyənlər üçün isə rahat şəraitə malik yerlərdən biridir.

"Azercell Telekom" un "Wataniya Telekom" operatoru ilə bağladığı rouminq sazişi bu gözəl ölkədə səfərdə olan abonentlərinə dayanıqlı rabitə imkanı yaradır. Şirkət gələcəkdə də bu istiqamətdə səylərini davam etdirəcək.

Qeyd edək ki, bu günə qədər "Azercell Telekom" BM 119 ölkənin mobil rabitə operatorları ilə 261 rouminq sazişi bağlayıb.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr