"Azercell Telekom" GPRS/MMS rouminq xidmətlərinin sayini artirirBakı, 12 yanvar 2006 "Azercell Telekom" BM abonentlərinin rahatlığı üçün öz səylərini fasiləsiz surətdə davam etdirir. Ölkəmizin mobil rabitə lideri bu yolda növbəti addımını ataraq daha 3 ölkənin — Honkonqun "People", Estoniyanın "Tele 2" və Sloveniyanın "Mobitel" operatoru ilə GPRS/MMS rouminq müqaviləsi bağlayıb.
Qeyd edək ki, "Azercell Telekom" Honkonq ilə artıq üçüncü dəfədir ki, GPRS/MMS sahəsində rouminq tərəfdaşı olur. Belə ki, şirkət artıq Honkonqun "CSL Limited" və "Smartone-Vodafone" operatorlarının GPRS/MMS üzrə rouminq xidmətindən istifadə edir.
Nağıllardakı füsunkar gözəllik — bu kəlmələr əsrlər boyu Estoniyaya aid edilmişdir. Yumşaq, ağ qumlu Baltik sahilləri, ucsuz-bucaqsız yaşıl meşələr bütün gündəlik qayğılardan qurtulmaq üçün ən gözəl imkandır.
Sloveniya bəziləri üçün "Avropanın yaşıl bağı", bəziləri üçün isə ekoloji təmiz, rahat bir guşə kimi tanınır. Elə ona görədir ki, bu ölkəyə turist axını ilbəil artmaqdadır.
Artıq "Azercell Telekom" BM-in istifadəyə verdiyi yeni GPRS/MMS rouminq xidmətləri işgüzar səfərdə və istirahətdə olanların daha rahat və geniş çeşidli xidmətlərdən istifadə etməsinə yardım edəcək.
Xatırladaq ki, "Azercell Telekom" BM artıq 18 ölkənin 30 operatoru ilə GPRS/MMS rouminq müqaviləsi imzalayıb. Azercell Telekom MMC Mətbuat Xidməti |