"Azercell Telekom" bm "Uğur-2005" mükafatina layiq görülüb!Bakı, 31 yanvar 2006 "Azercell Telekom" BM 2 nominasiya üzrə "Uğur-2005" mükafatına layiq görülüb. Xatırladaq ki, "Azercell Telekom" BM artıq üçüncü ildir ki, "Uğur" mükafatı ilə təltif olunur. Operator 2003-cü ilin nəticələrinə görə "İlin şirkəti", 2004-cü ildə "İlin xeyriyyəçisi", müəssisənin Baş Müdiri Serdar Canoğulları isə "Top menecer" nominasiyalarında qalib elan edilmişdi.
Qeyd edək ki, "Uğur" Milli Mükafatı Azərbaycanda biznesin və sahibkarlığın inkişafına daha çox töhfələr vermiş şəxslərə, təşkilat və şirkət rəhbərlərinə təqdim olunur.
"Uğur-2005" təntənəli mükafatlandırma mərasimində operator "İlin şirkəti", GəncSim isə "İlin layihəsi" nominasiyalarında qalib oldu. Mükafat şirkətin Korporativ Əlaqələr Bölümünün rəhbəri Kamilə İsayevaya təqdim olundu. Kamilə İsayeva "Azercell Telekom" BM-in Azərbaycan xalqına 10 ilə yaxın xidmət göstərdiyini bildirdi: "Bizim fəaliyyətimiz tək telekommunikasiya sektorunu deyil, həmçinin elm, təhsil, idman, mədəniyyət, xeyriyyəçilik sahələrini də əhatə edir. Mən çox şadam ki, bizim zəhmətimizə yüksək qiymət verilir. "Azercell" 2006-cı ildə də öz yeni layihələri ilə fərqlənərək, abonentlərini sevindirməyə çalışacaq!"
"Azercell Telekom" BМ-nin "İlin şirkəti" adına layiq görülməsini aşağıdakı mühüm amillər şərtləndirib:
Şirkətin Azərbaycanın mobil rabitə bazarında xüsusi çəkisi 80% təşkil edir. "Azercell"in əhatə dairəsinə respublika ərazisinin 74,5%-i və bunun sayəsində əhalinin 98,7%-i daxildir. İndi "Azercell Telekom"un 1.750.000-dən cox аbonenti var.
Şirkətin GəncSim tarif paketinin "İlin layihəsi" mükafatına layiq görülməsi də təsadüfi deyil.
Ölkənin telekommunikasiya bazarının lideri "Azercell Telekom"-un 2005-ci ildə qazandığı əsas nailiyyətlərdən biri tez bir zamanda öz abonentlərini tapmış və böyük rəğbət qazanmış yeni GəncSim tarif paketinin istifadəyə verilməsi oldu. GəncSim — məxsusən ruhən gənc abonentlər üçün yaradılmış tarif paketidir və özündə xeyli güzəşt nəzərdə tutur. SimSim tarifləri ilə müqayisədə GəncSim abonentləri 27%-ə qədər güzəşt qazanır.Hər bir SimSim abonenti 7575 nömrəsinə boş qısa mesaj göndərməklə bu tarif paketinə qoşula bilər.
Yeni GəncSim tarif paketinin təqdimatı şərəfinə və orta məktəb məzunları üçün SON ZƏNG günü "Azercell Telekom" Dənizkənarı Milli Parkda Rusiya və Azərbaycanın məşhur estrada ulduzlarının iştirakı ilə möhtəşəm konsert təşkil etdi. Azərbaycanda fəaliyyətinin qədəm qoyduğu onuncu ilində də "Azercell Telekom" BM öz abonentlərini yeni layihələrlə dəfələrlə sevindirmək niyyətindədir!
"Azercell Telekom" BM əldə etdiyi uğurlara və ölkə biznesinə verdiyi töhfələrə görə mükafatlandırılmasını olduqca müsbət hal kimi qiymətləndirir və bütün abonentlərinə bu uğurların qazanılmasında iştirak etdikləri üçün təşəkkürünü bildirir! Azercell Telekom MMC Mətbuat Xidməti |