"Azercell Telekom" — un GSM şəbəkəsi ətraf mühitə və sosial — iqtisadi sahəyə necə təsir göstərir?Bakı, 30 yanvar 2006 "Azercell Telekom" BM ölkə ictimaiyyətinə öz şəbəkəsinin fəaliyyəti ilə bağlı "Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi" sənədinin təqdimatına başlayıb. İlk təqdimat sərt hava şəraitinə baxmayaraq, yanvarın 27-də Neftçala şəhərində keçirildi. Qeyd edək ki, "Azercell" rabitə sektorunda belə bir qiymətləndirməni aparan yeganə müəssisədir.
"Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi" sənədinin ictimaiyyətə təqdimatı və müzakirəsi Neftçala şəhər Mədəniyyət və İncəsənət Sarayında keçirildi. Müzakirəyə 200 nəfərdən artıq neftçalalı həmçinin Bakıdan qələn qonaqlar və jurnalistlər qatılmışdı. Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Oqtay Kərimov açaraq rayon rəhbərliyinin adından görüş iştirakçılarını salamladı. O. Kərimov "Azercell Telekom"un 10 illik yubileyi ərəfəsində belə bir mühüm təqdimatın keçirilməsinə Neftçaladan başlamasını yüksək qiymətləndirdi.
Əvvəlcə rayon ictimaiyyətinə müəssisənin 9-illik fəaliyyəti və gələcək planları haqda qısa məlumat verildi. Müəssisənin sosial-iqtisadi göstəriciləri onun yalnız mobil rabitə bazarında deyil, ölkənin digər sektorlarında da ön yerdə olduğunu nümayiş etdirdi. Sonra sənədin təqdimatına başlanıldı. Azercell nümayəndələrinin və müstəqil ekspertlərin çıxışlarından məlum oldu ki, aparılan araşdırmalar nəticəsində Azercell GSM şəbəkəsi avadanlıqlarının texniki cəhətdən müasir, ekoloji cəhətdən normalara uyğun və təhlükəsiz, sosial-iqtisadi cəhətdən isə sərfəli olduğu müəyyən edilib.
Bildirldi ki, bütün Respublika, o cümlədən, Neftçala rayonu ərazisində "Azercell" avadanlıqqları qurularkən yerlı şərait nəzərə alınır, həmin avadanlıqların ətraf mühitə və sosial iqtisadi sahəyə hər hansı mənfi təsirinin olmaması təmin edilir.
Sonda yerli ictimaiyyətin sənədlə baglı təklif və mülahizələri dinlənildi və onların sualları cavablandırıldı.
Təqdimatdan bir gün əvvəl isə "Azercell Telekom" BM-in bir qrup nümayəndəsi şəhid Mehman Səfərov adına Neftçala şəhər internat məktəbinə baş çəkərək, müəssisənin uşaqlara 100 yataq dəsti və 2 ədəd kompüterdən ibarət hədiyyəsini çatdırdı. Belə bir qarlı və şaxtalı gündə "Azercell" nümayəndələrinin məktəbə baş çəkməsi uşaqların böyük sevincinə səbəb oldu. Şirkətin nümayəndələri müəllim kollektivi və şagirdlər qarşısında çıxış edərək bildirdilər ki, sosial müdafiəyə ehtiyacı olanları daim dəstəkləmək "Azercell"in sosial sərmayə siyasətinin tərkib hissəsidir və bu siyasət bundan sonra da davam etdiriləcək.
Beləliklə, "Azercell Telekom" BM rabitə bazarında daha bir nümunənin əsasını qoydu. Müəssisə abonentlərə daim yüksək xidmət göstərməklə yanaşı, şəbəkəsinin ətraf mühitə və sosial-iqtisadi sahəyə olan təsirinin qiymətləndirməsini də aparmaqla, onun da yüksək standartlara uyğun olduğunu təsdiq etdi. "Azercell Telekom" yalnız abonentlərin deyil, bütövlükdə vətəndaşların, həm də təbiətin qayğısına qaldığını bir daha sübut etdi. Azercell Telekom MMC Mətbuat Xidməti |