"Azercell Telekom" BM çadir şəhərciklərinə baş çəkdi!Bakı, 17 mart 2006 Azərbaycanın mobil rabitə lideri "Azercell Telekom" BM artıq 10-cu ildir ki, ölkənin ictimai həyatında fəal iştirak edir. Əhalinin aztəminatlı və sosial qayğıya ehtiyacı olan hissəsini diqqət mərkəzində saxlaмаq şirkət üçün ənənə halını alıb.
Bu ənənənin davamı olaraq "Azercell Telekom" BM Bərdədəki Türk Qızıl Ay, Ərəb 1, Ərəb 2 çadır düşərgələrində, eləcə də Ağcabədi və Ağdamda məskunlaşan 3500-dən çox məcburi köçkün ailəsinə Novruz bayramı münasibətilə ərzaq yardımı paylayıb.
"Azercell Telekom" BM-in qaçqın şəhərciyinə bayram ərəfəsində baş çəkməsi və məcburi köçkünlərin qayğıları ilə maraqlanması sakinlərinlərin sevincinə səbəb olub. Məcburi köçkünlərin özlərinin dediyinə görə, Novruz bayramı ərəfəsində "Azercell Telekom" BM Ərəb şəhərciklərinə ilk baş cəkən şirkətdir.
Qeyd edək ki, "Azercell Telekom"un ictimai-sosial layihələrində qaçqın və məcburi köçkünlərə maddi dəstək xüsusi yer tutur. Yalnız son iki il ərzində şirkət doğma yurdlarından didərgin düşmüş həmvətənlərimizə dəyəri 1 milyon ABŞ dollarından artıq olan yardım göstərib.
"Azercell" sosial qayğıya ehtiyacı olanları diqqət mərkəzində saxlayaraq, bu istiqamətdə gördüyü işləri bundan sonra da davam etdirəcək. Həmvətənlərimiz öz yurdlarına qayıdanadək "Azercell Telekom" BM-dən qayğı və mənəvi dəstək alacaqlar.
"Azercell Telekom" 1.800.000-dən çox abonentini və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edir! Azercell Telekom MMC Mətbuat Xidməti |