Yeni SimSim, GəncSim və Bizdən Bizə abonentlərinə Novruz endirimi!Bakı, 17 mart 2006 "Azercell Telekom" BM yeni SimSim, GəncSim və Bizdən Bizə abonentləri üçün Novruz bayramı münasibətilə endirim kampaniyasını elan edib. Bu endirimlə gecə gündüz şəbəkədaxili və "Dost-tanış" nömrələrinə edilən zənglərdə hər 3 saniyə üçün cəmi 1 kontur hesablanacaq. Bayram kampaniyasından yalnız 20 mart — 20 aprel 2006-cı il tarixində aktiv edilən yani ilk danışıq kartını yükləyən SimSim, GəncSim və Bizdən Bizə abonentləri yararlana bilərlər.
Novruz endirim kampaniyasına qoşulmaq çox sadədir. Bunun üçün abonentlər "Bayram" sözünü yazıb 7575 nömrəsinə qısa mesaj göndərməlidirlər. Mesajlar 25 aprel 2006-cı il tarixinə kimi göndərilməlidir.
Bayram endiriminin başqa şərtləri "Bizdən Bizə" tarif şərtləri ilə eynidir.
Bayram endiriminə hər abonent yalnız bir dəfə qoşula bilər. Endirim kampaniyasının müddəti 31 gün ərzində etibarlıdır. Endirim müddəti bitdikdən sonra abonentin bilavasitə bundan əvvəl istifadə etdiyi tarif paketinin şərtləri bərpa olunur.
"Azercell Telekom" BM-in öz abonentlərinə müxtəlif sürprizlər və güzəştlər hazırlaması artıq bir ənənəyə çevirilib! Bayram endirim kampaniyası mobil rabitə operatorunun son 1 ay ərzində tətbiq etdiyi artıq dördüncü endirim kampaniyasıdır. Xatırladaq ki, şirkətin fevralın 14-dən etibarən tətbiq etdiyi "ŞirkətimCELL" xidməti korporativ abonentlərə öz aralarında 15 faizdən 50 faizə kimi güzəştli danışıq imkanı yaradır. Ondan cəmi 1 gün sonra elan olunan Bizdən Bizə tarif paketi isə SimSim, GəncSim və Bizdən Bizə abonentlərinə xeyli güzəşt təqdim etdi. Martın əvvəlində qüvvəyə minən "MMS = SMS" endirim kampaniyası isə bu ilin aprelin sonuna kimi "MultiMesajCELL" xidmətinin qiymətini "MesajCELL"-in qiymətinə bərabərləşdirdi!
Hər bir endirim kampaniyası abonentlər üçün sərfəli olmaqla yanaşı, onlara daha sıx ünsiyyətdə olmağa imkan yaradır. Bayram ərəfəsində edilən güzəşt kampaniyası isə ən yaxşı hədiyyədir! Azercell Telekom MMC Mətbuat Xidməti |