Azərbaycan dilindəIn EnglishПо-русски

SimSim, GəncSim Və Bizdən Bizə abonentləri üçün "Azercell Telekom"-dan yeni "ZənglərimCELL" xidməti!

Bakı, 14 mart 2006

Son 15 və ya 30 gün ərzində edilən zənglər və göndərilən SMS-lər haqqında məlumat lazımdırsa, sadəcə Atatürk prospekti, 2 ünvana müraciət edin! Martın 14-dən, qeyd edilən ünvanda "Azercell Telekom" BM-in yeni yeni "ZənglərimCELL" ofisi fəaliyyət göstərir!

Buradan SimSim, GəncSim və Bizdən Bizə abonentləri "ZənglərimCELL" xidməti vasitəsilə etdikləri zəng və göndərdikləri SMS haqqında rahatlıqda məlumat ala biləcəklər. Çap edilmiş məlumat Atatürk prospekti, 2 ünvanındakı ofisə müraciət etmiş abonentə aşağıdakı şəkildə təqdim olunacaq:

  1. Edilən zənglər haqqında məlumat, o cümlədən, zəng edilən gün və saat, zəngin müddəti.
  2. Göndərilən SMS-lər haqqında məlumat, o cümlədən, göndərilən gün və saat. "ZənglərimCELL" xidməti vasitəsilə 15 günlük məlumat almaq haqqı 650 kontur, 30 günlük məlumat haqqı isə 900 kontur səviyyəsində müəyyən olunub.

"Azercell Telekom" hər zaman olduğu kimi, ölkəmizdə analoqu olmayan xidmət növləri ilə öz abonentlərini sevindirməkdədir. SimSim, GəncSim və Bizdən Bizə abonentlərinin rahatlığı üçün nəzərdə tutulan ZenglerimCELL bu xidmətlər sırasındadır.

"Azercell Telekom"-un əsas prioritetlərindən biri, 1.800.000 nəfərlik abonent ailəsinə GSM texnologiyasının ən müasir xidmətlərindən istifadə etməyə və onlardan yararlanmağa imkan yaratmaqdır!


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr