Cənab A. Halim Ateş "Azercell Telekom" BM-in yeni baş müdiridirBakı, 05 iyun 2006 Artıq 10 il ərzində Azərbaycanın mobil rabitə sektorunun lideriyik. İrəlidə görüləcək çox işimiz və həyata keçiriləcək çox planımız var. Bu ilin birinci yarısında şirkətimizdə önəmli struktur dəyişikliyi baş verib. 3 aprel 2006-cı il tarixindən etibarən “Azercell Telekom” BM-ə yeni müdir Cənab A. Halim Ateş təyin olunub.
36 yaşlı A.H.Ateş Bilkent Universitetində (Ankara) turizm və mehmanxana menecmenti üzrə təhsil aldıqdan sonra, Qazi Universitetində (Ankara) biznes idarəetməsi üzrə bakalavr elmi dərəcəsinə yiyələnib. Hərbi xidmətdən sonra o, 1996—1997-ci illərdə “Akbank”da, 1997—1998-ci illərdə isə “Esbank”da insan qaynaqları üzrə mütəxəssis işləyib. Daha sonra 2002-ci ilə kimi “Türkcell” də insan qaynaqları üzrə menecer, 2002—2004-cü illərdə isə “Fintur Holdinq”də kadrlarla iş departamentinin başcısı vəzifəsində çalışıb.
O, son 2 il ərzində “Fintur Holding”in təsis etdiyi Moldovanın “Moldcell” operatoruna rəhbərlik edib. "Azercell Telekom" BM-in sabiq Baş Müdiri cənab Serdar Canoğulları, Müəssisəmizi 2002-ci ilin dekabr ayından 2006-cı ilin aprel ayına kimi idarə edib. Bu dövr ərzində biz ölkəmizdə liderliyi saxlamaqla, böyük nailiyyətlər əldə eyməyə müvəffəq olmuşuq. Müəssisəmizin abonentlərinin sayı 912.137 nəfərdən 1.813.979 nəfərə çatıb. S.Canoğulları hazırda "Fintur Holdinq"in təsis etdlyi başqa bir müəssisəyə — Qazaxıstanın "K’CELL" mobil operatoruna rəhbər təyin edilib.
10 illik müvəffəqiyyətli fəaliyyətimiz dövründə ölkəmizin rabitə sektoruna 433.979.989 ABŞ dollar investisiya yatırmışıq. Bu müddət ərzində 259.872.367 ABS dollar ekvivalentində vergi ödəmişik. Azərbaycan Respublikasının 2005-ci il üzrə dövlət büdcəsində ödəmələrimizin xüsusi cəkisi 4.09% təşkil edib. Müəssisəmiz qeyri-neft sektorunda ən irı vergi tədiyyəçisidir.
Yeni və sağlam rəqabət şəraitində də öz liderliyimizi qoruyub saxlamaq əzmindəyik. “Azercell Telekom” olaraq, ölkəmizdə ən yeni texnologiyaların tətbiqi, əhatə dairəsinin genişləndirilməsi, sürətlə artan abonent bazasının keyfiyyətli və dayanıqlı rabitə ilə təmin edilməsi, tariflərin endirilməsi təşəbbüsünün davam etdirilməsi, ətraf və sosial mühitə qayğı, sosial sərmayələr proqramının həyata keçirilməsi siyasətini bundan sonra da davam edəcəyik. Bu və yaxın illərdəki irimiqyaslı layihələrimizi, şirkətimiz Cənab A. Halim Ateşin rəhbərliyi ilə həyata keçirəcək. Azercell Telekom MMC Mətbuat Xidməti |