“10 İl Kampaniyasi” daha bir ailəni xoşbəxt etdi!Bakı, 02 avqust 2006 “Azercell Telekom” BM-in fəaliyyətinin on illiyinə həsr olunmuş “10 il kampaniyası” böyük uğurla davam etməkdədir! Qeyd edək ki, iyun ayının 15-dən etibarən start götürən layihə çərçivəsində 10 nəfər “Azercell Telekom” abonentinə şirkət tərəfindən 2 otaqlı mənzil, digərlərinə isə kontur və danışıq vaxtı hədiyyə ediləcək.
İndi kampaniya ən qaynar çağını yaşamaqdadır. Artıq meqa prizlərin qalibləri müəyyən olunmağa başlayıb. Bu gün “10 il kampaniyası”nın ikinci mənzil sahibi məlum oldu! Bu, Quba rayonu Küpçal kəndinin sakini Mülayim Əliosman qızı Əliməmmədovadır. Hədiyyə, necə deyərlər, öz ünvanına çatıb. Çünki Əliməmmədovlar ailəsinin evi olmayıb. Mülayim xanım deyir ki, 5 nəfərdən ibarət ailəsi heç bir şəraiti olmayan alaçıqda sığınacaq tapıb.
Mülayim xanım artıq 2 ildir ki, “Azercell” abonentidir. Dərzi işləyir. Operatorun bütün uduş kampaniyalarında iştirak edib və kiçik uduşlara sahib olub: “Ona görə də “Azercell”in uduş kampaniyalarına həmişə inanmışam. Ürəyimə dammışdı ki, nə isə olacaq... Və oldu! Sonuncu dəfə qızım aldığı kartın hədiyyə pəncərəsində “10 İL” yazıldığını gördük! Biz bunu intizarla gözləyirdik - digər 4 kartı çoxdan toplamışdıq”.
Mülayim xanım “Azercell Telekom”un xoşbəxt etdiyi ikinci vətəndaşdır. Daha doğrusu, ikinci ailədir! Qeyd edək ki, “10 il kampaniyası”nın ilk mənzili iyul ayında udulmuşdu. İlk meqa priz ixtisasca jurnalist olan Bakı sakini Zəminə Ələkbərovaya qismət oldu.
Ötən dəfə olduğu kimi, bu dəfə də qalibə mənzilin sənədlərini “Azercell Telekom” BM-in baş müdiri cənab A. Halim Ateş şəxsən təqdim etdi. O, “Azercell Telekom”un abonentləri üçün hər zaman sevindirici sürprizlər təqdim edildiyini, bu il isə şirkətin 10 illiyi münasibətilə 10 mənzildən ibarət xüsusi hədiyyələr hazırladığını və onların udulması üçün də çox asan qaydalar müəyyən olunduğunu bildirdi. Cənab A. Halim Ateş digər 8 mənzilin tezliklə öz sahiblərini tapmasını arzuladı.
“Azercell Telekom” 1 kampaniyada 10 mənzilin oynanılması kimi yeniliyə də imza atan ilk şirkət oldu. Bu kampaniyada aktiv iştirak edin! Digər 8 ədəd 2 otaqlı mənzil, bol-bol danışıq vaxtı və konturlara sahib olun! Azercell Telekom MMC Mətbuat Xidməti |