Azərbaycan dilindəIn EnglishПо-русски

7 ay ərzində daha 145 stansiya quraşdırıldı!

Bakı, 07 avqust 2006

“Azercell Telekom” BM şəbəkəsinin əhatə dairəsini daha da gücləndirmək və keyfiyyətli rabitə xidməti göstərmək təşəbbüsünü davam etdirir. Operator iyul ayında Bakıda və ölkəmizin müxtəlif bölgələrində daha 48 stansiya quraşdırdı! Onlardan 14-ü Bakıda, 5-i Ağcabədidə, 2-i Oğuzda, 4-ü Yevlaxda, 3-ü Masallıda, 2-i Göyçayda, 2-i Abşeronda, 2-i Bərdədə, 2-Ağdaşda, 3-ü Sumqayıtda, qalan 9 stansiya isə Beyləqanda, Saatlıda, Qaxda, Zaqatalada, Mingəçevirdə, Naxçıvanda, Ağsuda, Kürdəmirdə və Gəncədə yerləşdirildi.

Qeyd edək ki, ”Azercell Telekom” daim artan abonentlərini keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə öz stansiyalarının sayını durmadan artırır. Belə ki, 2006-cı ilin yanvar-iyul aylarında ölkənin müxtəlif bölgələrində artıq 145 stansiya quraşdırılıb ki, onların əksəriyyəti regionların payına düşür. Bu, “Azercell Telekom” BM-in regionlarda yaşayan abonentlərinə yalnız paytaxtla deyil, dünyanın istənilən nöqtəsi ilə fasiləsiz və dayanıqlı rabitə əlaqəsində olmağa imkan verir. Operator ilin sonuna kimi 250 stansiyanın quraşdırılmasını planlaşdırır.

“Azercell Telekom” BM-in öz şəbəkəsini müasir avadanlıq və qurğularla təchiz etməsi onun daha keyfiyyətli, dayanıqlı və etibarlı rabitə təhcizatına şərait yaradır. Amma bu avadanlıqları quraşdırarkən ölkənin aparıcı operatoru təbiətə və insan sağlamlığına qayğı ilə yanaşır. Qeyd edək ki, “Azercell Telekom” BM öz şəbəkəsinin ətraf mühitə və sosial sahəyə təsirini qiymətləndirən ilk və yeganə mobil rabitə şirkətidir. Müstəqil qiymətləndirmənin nəticələrinə görə, operatorun şəbəkəsinin ətraf mühitə və insan sağlamlığına mənfi təsiri yoxdur. Bu baxımdan “Azercell Telekom” BM-in xidməti əvəzsizdir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr