Azərbaycan dilindəIn EnglishПо-русски

“10 İl Kampaniyasi”nın növbəti qalibi bəlli oldu!

Bakı, 08 avqust 2006

“Azercell Telekom” BM-in fəaliyyətinin 10 illiyinə həsr olunmuş “10 il kampaniyası” daha bir ailəni xoşbəxt etdi! “10 il kampaniyası”nın növbəti meqa prizinin qalibi Alıyeva Gülnarə Akif qızı oldu. Qeyd edək ki, analoqu olmayan bu kampaniya start götürdüyü 15 iyuldan etibarən artıq 3 ailəyə ev hədiyyə edib, onlara paytaxtda 2 otaqlı mənzil qazandırıb.

Gülnarə xanım Tovuz rayonunda qeydiyyatda olsa da, artıq 9 ildir ki, ailəsi ilə birgə Bakıda yaşayır. Özü evdar qadındır, 2 uşaq böyüdür. Amma onların evi yoxdur. Nərimanov rayonunun ərazisində ev kirayələyirlər. Udulan mənzilə gəlincə, onu həm də Gülnarə xanımın oğlu Samirin ad gününə hədiyyə kimi də qəbul etmək olar. Belə ki, valideynləri bəxtini sınamaq üçün Samirə ad gününə “Azercell Telekom”un danışıq kartını hədiyyə ediblər. Və onlar yanılmayıblar! Bu hədiyyə onların əsl sevincinə səbəb olub və necə deyərlər, bu ailədə bayram bayrama qarışıb.

Ötən dəfə olduğu kimi, bu dəfə də qalibə mənzilin sənədlərini “Azercell Telekom” BM-in baş müdiri cənab A. Halim Ateş şəxsən təqdim etdi. O, “Azercell Telekom”un bütün kampaniyalarının möhtəşəmliyi ilə seçildiyini bildirdi: ”10 il kampaniyası” isə təkrarolunmaz və insanların yaddaşında həmişə qalacaq bir layihədir. Bu kampaniya 10 ailəyə ev bəxş edəcək, onların həyatını dəyişəcək. Abonentlərimizi sevindirməkdən, onları xoşbəxt etməkdən çox məmnunuq“.

Beləliklə, “10 il kampaniyası”nın başa çatmasına 40 gündən az vaxt qalmasına baxmayaraq, 7 mənzil, saysız-hesabsız kontur və danışıq vaxtı hələ udulmayıb. Unutmayın, vaxt azaldıqca şans da artır. “Azercell Telekom”un təqdim etdiyi bu unikal şansdan istifadə edin, Siz də qaliblər sırasında olun!


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr