Azərbaycan dilindəIn EnglishПо-русски

“Düzgün adamlar ölkəsi” “Azercell Telekom” abonentləri üçün

Bakı, 12 avqust 2006

Azərbaycanın mobil rabitə bazarında yüksək standartlar və keyfiyyətli xidmətlər tətbiq edən “Azercell Telekom” BM abonentlərinin daha bir ölkədən rahat danışması üçün növbəti addım atıb. Bu dəfə şirkət Burkina Fasonun “Telmob” (Onatel) operatoru ilə rouminq müqaviləsi bağlayıb.

Qərbi Afrikanın ən kiçik dövlətlərindən olan Burkina Fasonun adının tərcüməsi “düzgün adamlar ölkəsi” mənasını verir. Həqiqətən də düzgünlüyü ilə seçilən qonaqpərvər yerli əhali turistlərlə çox mehriban rəftar edirlər. Qeyd edək ki, burada ölkənin əsas satış nişanı olan kofeni təqribən 30-a yaxın formada hazırlamağı bacarırlar. Ölkənin paytaxtı Uaqadaqunu isə bir neçə saata gəzmək mümkündür. Burada müxtəlif dövrlərin abidələri sanki insanı keçmişə səyahətə aparır. Burkina Fasoda dövlət dili fransız dilidir. Bundan sonra bu ölkədə istirahətdə və işgüzar səfərdə olan Azercell abonenti öz nömrəsi ilə zəng qəbul edə və istədiyi yerə zəng vura biləcək.

Qeyd edək ki, bu günə qədər “Azercell Telekom” BM 129 ölkənin mobil rabitə operatorları ilə 283 rouminq sazişi bağlayıb.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr