Pakistandan da mms göndərin!Bakı, 15 avqust 2006 Azərbaycanın mobil rabitə bazarının lideri – “Azercell Telekom” BM abonentlərinin rabitə imkanlarını artırmaq üçün daha bir addım atıb. Şirkət bu dəfə Pakistanın “Warid Telecom” operatoru ilə GPRS/MMS xidmətinə dair rouminq müqaviləsi bağlayıb. Bu xidmətin sayəsində artıq “Azercell” abonentləri Pakistanda olarkən “Warid Telecom”un şəbəkəsinə qoşularaq GRPS/MMS xidmətindən istifadə edə biləcəklər.
İslam Respublikası olan Pakistan Cənubi Asiyada yerləşir. Pakistan inkişaf etmiş sənayesi olan aqrar ölkələr sırasına daxildir. Burada şəkər qamışı, düyü, paxla, pambıq və s. becərilir. Bundan başqa Pakistanda maşınqayırma, metal emalı da yaxşı inkişaf edib. Paytaxtı İslamabad olan Pakistan ən çox Yaponiya, ABŞ, Çin, Yaxın və Orta Şərqin neft çıxarılan ölkələri ilə xarici ticarət əlaqələri qurur. “Azercell Telekom” və “Maxis” arasında istifadəyə verilən yeni GPRS/MMS rouminq xidməti Pakistanda işgüzar səfərdə və istirahətdə olanlara daha rahat və geniş çeşiddə xidmət almasına yardım edəcək.
Xatırladaq ki, “Azercell Telekom” BM artıq 26 ölkənin 41 operatoru ilə GPRS rouminq müqaviləsi imzalayıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |