Azərbaycan dilindəIn EnglishПо-русски

“AZERCELL TELEKOM” BM-dən DƏNİZ SULARINDA BEYNƏLXALQ ROUMİNQ haqqında SAZİŞ

Bakı, 16 avqust 2006

Azərbaycanın mobil rabitə biznesində uğurla irəliləyən “Azercell Telekom” BM dünyanın müxtəlif ölkələri ilə mobil rabitə əlaqələrini genişləndirməkdə davam edir. Öz abonentlərinin beynəlxalq rabitəyə çıxış imkanlarını daim artırmağa çalışan şirkət bu dəfə Maltanın “Vodafone” şirkəti ilə Dəniz sularında beynəlxalq rouminq haqqında sazişi bağlayıb. Xatırladaq ki, bu “Azercell Telekom”un Malta ilə sayca üçüncü rouminq müqaviləsidir.

Malta Aralıq dənizinin düz ortasında – Siciliya ilə Tunisin arasında yerləşir. Bu ada valehedici gözəlliyi və özünəməxsusluğu ilə digərlərindən çox fərqlənir. Maltanı “oyuncaq ölkə” də adlandırırlar. Doğrudan da ərazisində çay və dağ olmayan Malta cəmi bir neçə küçədən və evlərdən ibarətdir. Lakin Aralıq dənizinin bu adası əsrlər boyunca Avropada baş verən hadisələrin beşiyində dayanıb və məhz buna görə də Malta özündə maraqlı tarixlə yüksək mədəniyyəti birləşdirir. Yəqin ki, yer üzünün heç bir kiçik ölkəsində Maltada olduğu qədər nadir incəsənət nümunələri tapılmaz. Təsadüfi deyil ki, hər il bu adaya milyondan çox turist səyahət edir.

İndiyədək 128 ölkənin mobil rabitə operatorları ilə 280 rouminq sazişi bağlayan “Azercell Telekom” BM bu gün də öz yenilikləri ilə abonentlərini sevindirməyi, onları mobil rabitənin ən son nailiyyətləri ilə təmin etməyi və beynəlxalq rabitənin inkişafı naminə öz xidmətlərinin sayını artırmağı əsas məqsədlərdən hesab edir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr