Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell abonentləri üçün ABŞ-da və İslandiyada rahat rabitə!

Bakı, 31 avqust 2006

“Azercell Telekom” BM ABŞ-ın “T-Mobile (Voicestream)”in 11 operatoru (USA, USA 16, USA W0, USA W1, USA W2, USA W3, USA W4, USA W5, USA W6, USA 27, USA 31) ilə GPRS/MMS rouminq müqaviləsi və İslandiyanın ”Siminn İceland Telecom Ltd/ Ocenacell” operatoru ilə Dəniz suları beynəlxalq rouminq müqaviləsi bağlayıb.

ABŞ-ın Azərbaycanın strateji müttəfiqi olduğunu nəzərə alsaq, onunla GPRS/MMS rouminq müqaviləsinin imzalanmasını olduqca əhəmiyyətli hesab etmək olar. Yeni Beynəlxalq GPRS/MMS rouminq sazişi ölkələrimizin siyasi və iqtisadi və mədəni əlaqələrini daha da rahatlaşdıracaq, onların inteqrasiyasında yardımçı olacaq. Xatırladaq ki, “Azercell Telekom” BM artıq 28 ölkənin 54 operatoru ilə GPRS/MMS rouminq müqaviləsi imzalayıb.

Yer kürəsinin heç bir yerində təbiət öz qüvvəsini İslandiyada olduğu kimi kəskin büruzə vermir. Bu ölkəyə baş çəkən hər kəs vulkanlar, qeyzerlər, buzlaqlar, böyük lava sahələri, şəlalələr və digər təbiət möcüzələrinə heyran olur. Daimi hökm sürən mülayim hava isə həm Qolfstrimin, həm də daxildəki vulkanların sayəsindədir. İndi ”Siminn İceland Telecom Ltd/ Ocenacell” operatoru ilə bağlanmış Dəniz suları beynəlxalq rouminq müqaviləsi sayəsində bu ölkədə səfərdə olan “Azercell Telecom” abonentləri daha geniş çeşiddə xidmət ala biləcəklər. Qeyd edək ki, “Geoling” firması tərəfindən yaradılan və 2000-ci ildən istifadəyə verilən Dəniz suları rouminq xidməti beynəlxalq patentə malikdir. İndiyə qədər bütün dünya üzrə 320 ölkə ilə Dəniz suları rouminq müqaviləsi imzalanıb. Bu xidmətdən istifadə edən hər bir abonent quruda olduğu kimi dənizdə də heç bir əlavə avadanlıq olmadan mobil rabitədən yararlana bilir.

Bu günə qədər “Azercell Telekom” BM 128 ölkənin mobil rabitə operatorları ilə 282 rouminq sazişi bağlayıb.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr