“10 İl Kampaniyasi”nın 7-ci və 8-ci qalibləri bəlli oldu!Bakı, 20 avqust 2006 “Azercell Telekom” BM-in fəaliyyətinin 10 illiyinə həsr olunmuş “10 il kampaniyası” uğurla sona çatmaqdadır! Kampaniyanın artıq 7-ci və 8-ci qalibləri də bəlli oldu. “10 il kampaniyası”nın növbəti meqa prizlərinin qalibi Bakı sakinləri Aytən Əlipaşa qızı Hüseynova və Xanım Aftandil qızı Mustafayeva oldular. Qeyd edək ki, Azərbaycanda analoqu olmayan bu kampaniya start götürdüyü 15 iyundan etibarən artıq 8 ailəyə ev hədiyyə edib, onlara paytaxtda 2 otaqlı mənzil qazandırıb.
Ənənəvi olaraq qalibə mənzilin sənədlərini “Azercell Telekom” BM-in baş müdiri cənab A. Halim Ateş şəxsən təqdim etdi. O, “Azercell Telekom”un uduş kampaniyaları haqqında bunları dedi: ”Kampaniyaları layihələşdirərkən biz abonentlərin maksimum marağını nəzərə alırıq. Layihələrimiz həmişə geniş ictimai əks-sədaya səbəb olub, insanları həm həyəcanlandırıb, həm də sevindirib. ”10 il kampaniyası” isə insanların yaddaşında həmişə qalacaq bir layihədir. Abonentlər kampaniyada gözlədiyimizdən də aktiv iştirak etdilər. Bu, “Azercell”lə abonentlər arasında olan yüksək inam və etimadın göstəricisidir”.
Beləliklə, “10 il kampaniyası”nın cəmi 2 mənzili və saysız-hesabsız kontur və danışıq vaxtı isə hələ udulmayıb. “Azercell Telekom”un təqdim etdiyi bu unikal şansdan istifadə edin, Siz də qaliblər sırasında olun! Azercell Telekom MMC Mətbuat Xidməti |