“10 İl Kampaniyasi”nın 4-cü qalibi bəlli oldu!Bakı, 21 avqust 2006 “Azercell Telekom” BM-in fəaliyyətinin 10 illiyinə həsr olunmuş “10 il kampaniyası” uğurla davam etməkdədir! Kampaniyanın artıq 4-cü qalibi bəlli oldu. “10 il kampaniyası”nın növbəti meqa prizinə 21 yaşlı Qafarov Rəşid Soltan oğlu sahib çıxdı. Qeyd edək ki, Azərbaycanda analoqu olmayan bu kampaniya start götürdüyü 15 iyundan etibarən artıq 4 ailəyə ev hədiyyə edib, onlara paytaxtda 2 otaqlı mənzil qazandırıb.
Əslən Ordubad rayonundan olan Rəşid Qafarov bu il Azərbaycan Neft Akademiyasını bitirib. Rəşid 7 ildir ki, “Azercell Telekom”un xidmətindən istifadə edir. Ev udmağı ağlına belə gətirmirdi. Amma bu xoşbəxt hadisə baş verdi. Özü də onun ad günündə! Мənzilin udulmasına səbəb isə, üzərindəki hədiyyə pəncərəsində “AZERCELL”, SİMSİM”,”GENCSİM”,”BİZDENBİZE”,”10 İL” yazıları əks olunmuş 5 danışıq kartı odlu. Rəşid Qafarov, kartların hamısı toplamaqla, 2 otaqlı mənzilə sahib çıxdı!
Ənənəvi olaraq qalibə mənzilin sənədlərini “Azercell Telekom” BM-in baş müdiri cənab A. Halim Ateş şəxsən təqdim etdi. O, “Azercell Telekom”un uduş kampaniyaları haqqında bunları dedi: ”Kampaniyaları layihələşdirərkən biz abonentlərin maksimum marağını nəzərə alırıq. Layihələrimiz həmişə geniş ictimai əks-sədaya səbəb olub, insanları həm həyəcanlandırıb, həm də sevindirib. ”10 il kampaniyası” isə insanların yaddaşında həmişə qalacaq bir layihədir. Abonentlər kampaniyada gözlədiyimizdən də aktiv iştirak etdilər. Bu “Azercell Telekom”la abonentlər arasında olan yüksək inam və etimadın göstəricisidir”.
Beləliklə, “10 il kampaniyası”nın başa çatmasına cəmi 1 aydan az vaxt qaldı. 6 mənzil və saysız-hesabsız kontur və danışıq vaxtı isə hələ udulmayıb. “Azercell Telekom”un təqdim etdiyi bu unikal şansdan istifadə edin, Siz də qaliblər sırasında olun! Azercell Telekom MMC Mətbuat Xidməti |