MultiMeSajCELL xidmətində 50% endirim!Bakı, 29 avqust 2006 Sentyabrın 1-i 2006-cı il tarixindən etibarən “Azercell Telekom”un “MultiMesajCELL” (MMS) xidmətindən istifadə haqqı 50 faizə qədər endirilir! Bu tarixdən etibarən MMS-dən istifadə haqqı “SimSim”, “BizdənBizə”, “Bayram” tarif paketləri üçün 22 kontur, “GəncSim” paketi üçün 16 kontur, bütün fakturalı xətt Azercell abonentləri üçün 10 qəpik (ƏDV xaric) səviyyəsində müəyyənləşib.
Xatırladaq ki, “Azercell Telekom” BM 2 mart 2006-cı il tarixindən etibarən elan olunan MMS=SMS endirim kampaniyası başa çatdı. Adıçəkilən kampaniya əvvəlcə 30 aprel 2006-cı il tarixinə kimi nəzərdə tutulsa da, sonradan kampaniyanın dövrü 31 avqust 2006-cı il tarixinədək uzadılmışdı. Yeni tariflər isə MMS=SMS endirim kampaniyasından əvvəl qüvvədə olan qiymətlərlə müqayisədə orta hesabla iki dəfə aşağıdır.
Qeyd edək ki, “MultiMesajCELL” bir “Azercell Telekom” xidməti olaraq, ölkəmizdə 15 sentyabr 2004-cü ildən etibarən tətbiq olunmaqdadır. Adıçəkilən xidmət Azercell abonentlərinə standart SMS-lə göndərilə bilinməyən iri həcmli ismarıcların, o cümlədən şəkil və musiqili kliplərin mübadiləsini supergüzəştli qiymətlərlə aparmağa imkan verir.
Ölkəmizin mobil rabitə liderinin öz abonentlərinə müxtəlif sürprizlər və güzəştlər hazırlaması artıq bir ənənəyə çevirilib! Məlum olduğu kimi, “MultiMesajCELL” xidmətinin qiymətinin endirimi “Azercell Telekom”un son 6 ay ərzində tətbiq etdiyi ilk endirim kampaniyası deyil. Operator bundan əvvəl öz abonentlərinə güzəştli danışıq imkanı yaradan “ŞirkətimCELL” və “BizdənBizə” tarif paketlərini istifadəyə verdi.
Ən son nailiyyətlərin tətbiqi və keyfiyyətli xidmət göstərmək prinsipilərinə sadiq qalmaqla, abonentlərə daha münasib qiymətlər təklif etmək siyasətini “Azercell Telekom” BM bundan sonra da davam etdirəcək!
Azercell Telekom MMC Mətbuat Xidməti |