Azərbaycan dilindəIn EnglishПо-русски

“10 İl Kampaniyasi” yariya çatdi!

Bakı, 23 avqust 2006

“Azercell Telekom” BM-in fəaliyyətinin 10 illiyinə həsr olunmuş “10 il kampaniyası”nın beşinci mənzili sahibini tapdı. Qalibə mənzilin sənədlərini ənənəvi olaraq “Azercell Telekom” BM-in baş müdiri cənab A. Halim Ateş şəxsən təqdim etdi. O, qalibi təbrik edərək, “Azercell Telekom”un insanlara sevinc bəxş eməkdən böyük zövq aldığını söylədi.

“10 il kampaniyası”nın beşinci meqa prizinin qalibi Bakı sakini Səmədağa Hüseynov oldu. 3 övlad sahibi olan Səmədağa üçün bu ev əsl taleyin hədiyyəsi olub desək yanılmarıq. Qardaşının evində yaşayan S.Hüseynov, uduş pəncərələrində “AZERCELL”, “SİMSİM”, “GƏNCSİM” və “BİZDƏNBİZƏ” yazıları olan kartları toplasa da, “10 İl” yazısının onun bəxtinə çıxacağına şübhə edib. Lakin oğlu Rüfətin aldığı növbəti kartla tale ailənin üzünə gülüb!

Özünə danışıq kartı almaqla 2 otaqlı mənzil qazanan S.Hüseynov bütün bunları röya kimi qəbul edir. Hədiyyə üçün “Azercell Telekom”a təşəkkür edən Səmədağa bəy, bu vaxta qədər kampaniyalarda nadir hallarda iştirak etdiyinə görə çox təəssüf etdiyini və bundan sonra şirkətin keçirdiyi kampaniyalarda tez-tez bəxtinı sınayacağını deyir.

“Azercell Telekom” BM-in “10 il kampaniyası” insanlara sevinc bəxş etməkdən yorulmur! 15 iyundan etibarən start götürən bu kampaniya artıq 5 ailəyə Bakı şəhərində 2 otaqlı mənzil, digərlərinə isə kontur və danışıq vaxtı hədiyyə edib. Qalan 5 mənzil isə hələ də öz sahibini gözləməkdə davam edir. Siz də bu kampaniyaya qoşulun, şansdan istifadə edin və qiymətli hədiyyələrə sahib olun!


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr