"ZənglərinCELL" xidməti "İzahatCELL" adını aldı və ikiqat endirim kampaniyasına başladı!Bakı, 14 sentyabr 2006 “ZənglərimCELL” xidmətinin adı dəyişdirilib. Bu gündən etibarən “ZənglərimCELL” xidməti “İzahatCELL” adlanacaq. Xidmətin adı ilə yanaşı qiymətləri də dəyişdirildi. 10 illik fəaliyyəti dövründə öz abonentlərinə müxtəlif güzəşt və endirimlər edən “Azercell Telekom” BM adı çəkilən xidmətin 90 gün müddətinə istifadə haqlarında da 50 faiz endirim etdi!
Qeyd edək ki, 15 mart 2006-cı ildən istifadəyə verilən “ZənglərimCELL” xidməti “Azercell Telekom” BM-in ən populyar xidmətlərindəndir. Bundan sonra “İzahatCELL” adlandırılacaq xidmətin mahiyyəti son 15 və ya 30 gün ərzində SimSim, GəncSim, Bizdən Bizə və Bayram kampaniyasına qoşulan abonentlərin zəngləri və göndərdikəri SMS-lər haqqında məlumat verməkdən ibarətdir. Adıçəkilən xidmətə qoşulmaq üçün sadəcə Atatürk prospekti, 2 ünvanında yerləşən ofisə müraciət etmək kifayətdir.
Çap edilmiş məlumat Atatürk prospekti, 2 ünvanındakı ofisə müraciət etmiş abonentə aşağıdakı şəkildə təqdim olunur:
1. Edilən zənglər haqqında məlumat, o cümlədən, zəng edilən gün, saat və zəngin müddəti;
2. Göndərilən SMS-lər haqqında məlumat, o cümlədən, göndərilən gün və saat.
Qüvvəyə minən endirim kampaniyasının şərtlərinə görə, 90 gün müddətində, “İzahatCELL” xidməti vasitəsilə 15 günlük məlumat almaq haqqı 325 kontur, 30 günlük məlumat haqqı isə 450 kontur səviyyəsində müəyyən olunub.
“Azercell Telekom” hər zaman olduğu kimi, ölkəmizdə analoqu olmayan xidmət növləri ilə öz abonentlərini sevindirməkdədir. SimSim, GəncSim, Bizdən Bizə və Bayram kampaniyasına qoşulan abonentlərin rahatlığı üçün nəzərdə tutulan “İzahatCELL” (“ZənglərimCELL”) bu xidmətlər sırasındadır.
“Azercell Telekom”un əsas prioritetlərindən biri, 2.000.000 nəfərlik abonent ailəsinə GSM texnologiyasının ən müasir xidmətlərindən ən münasib qiymətlərlə istifadə etməyə və onlardan yararlanmağa imkan yaratmaqdır!
Azercell Telekom MMC Mətbuat Xidməti |