Azərbaycan dilindəIn EnglishПо-русски

"10 il kampaniyasının" 6-cı qalibi müəyyən oldu!

Bakı, 05 sentyabr 2006

“Azercell Telekom” BM-in fəaliyyətinin 10 illiyinə həsr olunmuş “10 il kampaniyası”nın altıncı mənzilinin sahibi Əjdər Əhməd oğlu Yarəhmədov oldu! O, özünə 2 manatlıq danışıq kartı almaqla Nərimanov rayonu ərazisində yerləşən sahəsi 85 kvadratmetr olan 2 otaqlı mənzil qazandı!

Əslən Cəbrayıl rayonunun Horovlu kəndindən olan Ə.Yarəhmədov öz doğma yurdundan didərgin düşdüyü 1994-cü ildən etibarən Bakıda sığınacaq tapıb. Verdiyi məlumata görə, 8 nəfər ailə üzvü ilə birlikdə Arif Heydərov küçəsi 31 ünvanında yerləşən, tikintisi yarımçıq qalmış binanın zirzəmisində yaşayır. Qalib ixtisasca dəmiryolçu olsa da, lotereya satışı ilə məşğul olur.

Altıncı mənzilin sənədlərini də, ənənəvi olaraq, qalibə “Azercell Telekom” BM-in Baş Müdiri cənab A. Halim Ateş şəxsən təqdim etdi. O, qalibi təbrik edərək, “Azercell Telekom”un insanlara sevinc bəxş etməkdən böyük zövq aldığını söylədi. “10 il kampaniyası”nın əsas hədiyyəsi olan mənzillər evsiz və daha çox sosial ehtiyacı olan vətəndaşlarımıza nəsib olanda biz ikiqat sevinirik”- deyə cənab A. Halim Ateş bidirdi.

Ə.Yarəhmədov öz növbəsində “Azercell Telekom” BM-ə bu hədiyyəyə görə təşəkkür etdi: “Mən “Azercell”ə inandığım üçün onun bütün kampaniyalarında iştirak etmişəm. Yaxşı bir hədiyyə alacağımı çoxdan gözləyirdim. Amma bilməzdim ki, qismətimdə belə böyük uduş var”.

Beləliklə, iyun ayının 15-də start götürən “10 il kampaniyası”nın başa çatmasına az vaxt qaldı. 4 mənzil, saysız-hesabsız kontur və danışıq vaxtı hələ də öz sahibini gözləyir. “Azercell Telekom”un 10 illiyi münasibətilə verilən bu unikal şansdan istifadə etmək hələ də gec deyil. Möhtəşəm və təkrarsız “10 il kampaniyası”na qoşulun, Siz də qaliblər sırasında olun!


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr