Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell rominq tərəfdaşlarının sayını artırır!

Bakı, 11 oktyabr 2006

“Azercell Telekom” BM Meksikanın “Pegaso (TEMM)” və Əlcəzairin “Wataniya” operatorları ilə Beynəlxalq Rouminq sazişi bağladı. Xatırladaq ki, bu operatorun Meksika ilə sayca ikinci, Əlcəzairlə isə üçüncü rouminq müqaviləsidir. “Azercell Telekom” abonentləri artıq Meksikanın “Telsel”, Əlcəzairin isə “Orascom“ və“Algerie Telecom Mobile” operatorlarının rouminq xidmətindən yararlanırlar.

Qədim mayya və asteklərin sivilizasiyasının beşiyi sayılan Meksika dünyanın hər tərəfindən gələn turistlərin ən sevimli yerlərindən biridir. Meksika – Sakit okean, Karib dənizi və Meksika körfəzi sahilində yerləşən məşhur kurortlar, hindu mədəniyyətindən qalan arxeoloji abidələr, qarla örtülmüş vulkanlar, səhralar, karnavallar ölkəsidir. Təbiətinin rəngarəngliyinə görə dünyada dördüncü yer tutan Meksika yaxşı istirahət etmək üçün ən ideal yerlərdəndir. Təsadüfi deyil ki, bu ölkədə 58 milli park və qoruq var. Meksikanın paytaxtı Mexiko isə əhalisinin sayına görə dünyada dördüncü yerdədir.

Afrikanın ən böyük və inkişaf etmiş ölkələrindən olan Əlcəzair şimaldan Aralıq dənizinin suları ilə yuyulur. Ölkənin paytaxtı da ən qədim şəhərlərdən sayılan Əlcəzairdir. Bu şəhərdə parlaq tikinti materialından tikilmiş binalar gözəlliyi ilə göz oxşayır. Ölkəyə yaraşıq verən qədimi tikililər arasında isə XVII əsrdə tikilmiş Sidd Abdarrəhman sərdabəsi və Cəmi-əl-Cədid məscidi xüsusilə fərqlənir.

İndi Əlcəzairdə və Meksikada olan “Azercell” abonentləri bu ölkələrdən dünyanın istənilən nöqtəsilə, o cümlədən Azərbaycanla daha sərbəst danışa biləcəklər. İndiyədək 130 ölkənin mobil rabitə operatorları ilə 286 rouminq sazişi bağlayan “Azercell Telekom” BM bu gün də öz yenilikləri ilə abonentlərini sevindirməyi, onları mobil rabitənin ən son nailiyyətləri ilə təmin etməyi və beynəlxalq rabitənin inkişafı naminə öz xidmətlərinin sayını artırmağı əsas məqsəd hesab edir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr