Polşaya gedən Azercell abonentləri üçün GPRS/MMS rominq xidmətiBakı, 25 oktyabr 2006 Azərbaycanın mobil rabitə bazarının lideri – “Azercell Telekom” BM-lə Polşanın “Centertel” operatoru arasında GPRS/MMS rouminq müqaviləsi bağlanıb. Qeyd edək ki, “Azercell Telekom” Polşa ilə üçüncü dəfədir ki, GPRS/MMS xidməti üzrə rouminq tərəfdaşı olur. Belə ki, Azərbaycanın mobil rabitə biznesinin lideri artıq Polşanın “Polkomtel” və “Era” şirkətləri ilə bu sahədə əməkdaşlıq edir.
Polşa hər zaman gəzmək və istirahət etmək üçün dünyanın ən görməli yerlərindən biri hesab olunub. Bu ölkənin zəngin təbiəti, uca dağları, qədim tarixi abidələri, hər zaman işgüzar insanlarla yanaşı turistlərin, dincəlmək arzusunda olanların da diqqətini özünə cəlb edib. Polşa haqqında təsəvvür yaratmaq üçün təkcə onun paytaxtı Varşavada yerləşən məşhur Kral Sarayının adını çəkmək kifayətdir. İndi “Azercell” və “Centertel” arasında istifadəyə verilən yeni GPRS/MMS rouminq xidməti Polşada səfərdə olanların daha rahat və geniş çeşiddə xidmət almasına yardım edəcək.
Xatırladaq ki, “Azercell Telekom” BM artıq 30 ölkənin 60 operatoru ilə GPRS/MMS rouminq müqaviləsi imzalayıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |