Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell-dən 10 yeni rominq sazişi

Bakı, 30 oktyabr 2006

Azərbaycanın mobil rabitə bazarında keyfiyyətli xidmətlər tətbiq edən “Azercell Telekom” BM rouminq tərəfdaşlarının sayını artırmaqda davam edərək 10 operatorla yeni rouminq müqaviləsi bağlayıb.

Müqavilələrdən biri Trinidad və Tobaqonun “Digicel (Trinidad) Limited” operatoru ilə imzalanıb. Qeyd edək ki, bu “Azercell”in adıçəkilən ölkə ilə üçüncü rouminq müqaviləsidir. Gözəl Venesuela sahillərinin şimal-şərqində yerləşən Trinidad və Tobaqo adaları Karib dənizinin ən gözəl adalarındandır. Bu zümrüd sahilli yerlərə hər il dünyanın müxtəlif ölkələrindən minlərlə xarici turist səfər edir ki, buda onun Karib adaları arasında xüsusi nüfuza malik olmasından irəli gəlir.

“Azercell” tərəfindən digər bir müqavilə Kurakaonun “Digicel (Curacao)” operatoru ilə bağlanılıb. Kurakao tropik gözəlliyin, latın stilinin və Avropa adətlərinin birləşdiyi yerdir. Kurakaonu digərlərindən fərqləndirən ən qeyri-adi cəhət isə onun gecələrinin də, gündüzlər olduğu kimi günəşli keçməsidir.

Ölkəmizin mobil rabitə lideri Avstriyanın altıncı mobil rabitə operatoru ilə - “T Mobile” şirkəti ilə beynəlxalq rouminq müqaviləsi bağlayıb. Avstriya ilin hər fəslində dincəlmək üçün əlverişli ölkələrdəndir. Qədimi şəhərlər, şəffaf sulu göllər, müalicəvi əhəmiyyətli su hövzələri, dağ xizək idmanı ilə məşğul olmaq üçün əvəzedilməz olan istirahət zonaları turistləri həmişə bu ölkəyə cəlb edib. Ölkənin mədəniyyət və musiqi mərkəzi olan paytaxt Vyana isə həm də əzəmətli tikililəri ilə göz oxşayır.

“Azercell”in müqavilə bağladığı digər operatorlar isə Hindistanın “Bharti Airtel”in 7 operatorudur. Xatırladaq ki, bu “Azercell Telekom”un Hindistanla beşinci rouminq sazişidir. Hindistanın füsnkar gözəlliyi, özünəməxsus mədəniyyəti və adət-ənənsi bu ölkəyə baş çəkən hər kəsin yaddaşından uzun müddət silinmir. Təəccüblü deyil ki, dünyada ən gözəl yerlərdən hesab olunan Qoa ştatı məhz Hindistanın ərazisində yerləşir. Tarixi sevənlər isə burada çoxlu qədim heykəllər və tikililər görə bilərlər.

Qeyd edək ki, bu günə qədər “Azercell Telekom” BM 134 ölkənin mobil rabitə operatorları ilə 296 rouminq sazişi bağlayıb.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr