Oktyabr ayında daha 40 yeni stansiya quraşdırıldı!Bakı, 01 noyabr 2006 ”Azercell Telekom” əhatə dairəsini daha da genişləndirmək və ölkəmizin hər bir guşəsində keyfiyyətli rabitə xidməti göstərmək üzrə işlərini davam etdirir. Şirkət oktyabr ayında Bakıda və ölkəmizin müxtəlif bölgələrində daha 40 stansiya quraşdırıb! Onlardan 14-ü Bakıda, 2-si Sumqayıtda, qalan 7-si Qax, Zərdab, Naxçıvan, Oğuz, Lerik, Şəki və Ağcabədi rayonlarının ərazisində yerləşir. Yeni stansiyaların quraşdırılması həm də daim artan “Azercell Telekom” abonentlərinin etibarlı və dayanıqlı rabitəyə olan tələbatını təmin edir.
Qeyd edək ki, ümumilikdə 2006-cı ilin on ayında ölkənin müxtəlif bölgələrində 269 stansiya quraşdırılıb. Bu, “Azercell Telekom” BM-in regionlarda yaşayan abonentlərinə yalnız paytaxtla deyil, dünyanın istənilən nöqtəsi ilə fasiləsiz və dayanıqlı rabitə əlaqəsində olmağa imkan verir. Ölkəmizin mobil rabitə lideri “Azercell Telekom” ilin sonuna kimi 289 stansiyanın quraşdırılmasını planlaşdırır. Bütövlükdə isə operatorun rabitə xidmətini təmin etmək üçün 2 rezervləşdirilmiş аbonent bazası, 11 baza stansiyalarına nəzarətçi sistemi, 13 mobil rabitə kommutasiya mərkəzi və 1000-dən çox radio baza stansiyası mövcuddur.
“Azercell Telekom” BM-in öz şəbəkəsini müasir avadanlıq və qurğularla təchiz etməsi onun daha keyfiyyətli, dayanıqlı və etibarlı rabitə təhcizatına şərait yaradır. Etibarlı mobil rabitə isə dünya ölkələri arasında beynəlxalq iqtisadi və siyasi əlaqələrin inkişafının ayrılmaz hissəsidir.
Azercell Telekom MMC Mətbuat Xidməti |