Azercell sayca 135-ci ölkə ilə 300-cü rominq müqaviləsini imzaladıb!
Bakı, 24 noyabr 2006 Hər zaman abonentlərinin rahatlığı üçün çalışan “Azercell Telekom” BM beynəlxalq rabitəyə inteqrasiyasını davam etdirərək sayca 135-ci ölkənin 300-cü operatoru ilə rouminq muqaviləsi imzalayıb.
Azərbaycanın beynəlxalq mobil rabitə bazarında tanınmasında böyük rol oynayan “Azercell Telekom” BM yaranmasının 10-cu ildönümündə liderliyini qoruyub saxlayaraq, nailiyyətlərinin sayını artırır.
Vyetnamın “Vinaphone” şirkəti “Azercell Telekom”un rouminq tərəfdaşları siyahısına 135-ci ölkədə 300-cü operator kimi daxil oldu.
Bundan öncə isə “Azercell Telekom” BM İslandiyanin “Vadafone İceland” operatoru ilə rouminq sazişi bağlayıb.
Qeyd edək ki, “Vadafone İceland” şirkətin artıq İslandiyadakı üçüncü rouminq tərəfdaşıdır. Belə ki, “Azercell” abonentləri eyni zamanda İslandiyanın “Siminn Iceland Telecom”, “Landssiminn” operatorlarının xidmətindən yararlanırlar.
Rouminq xidmətinin göstərilməsinə 10 il əvvəl “Turkcell”lə əməkdaşlıqdan başlayan “Azercell” indi Azərbaycanın mobil rabitə bazarında ən çox xarici GSM tərəfdaşı olan şirkətdir. Hər bir yeni ölkə və operatorla rouminq müqaviləsinin imzalanması işgüzar səfərdə və ya istirahətdə olan “Azercell Telekom” BM-in abonentini Azərbaycanla daha yaxınlaşdırır, onu etibarlı rabitə ilə təmin edir. Bir sözlə abonent dünyanın hansı ölkəsindədirsə “Azercell” də onunladır.
“Azercell”in təqdim etdiyi “RoamCell” xidməti ilə abonentlər məsafə fərqini hiss etməyəcəklər.
Beynəlxalq mobil rabitə biznesində operatorun etibarlı rouminq partnyorlarının sırasının genişliyi, onun əhatə dairəsinin hüdudsuz olduğunun göstəricisidir. Artıq “Azercell Telekom”-un dünyanın 135 ölkəsi ilə rouminq sazişinin 300-ə çatması, şirkətin beynəlxalq rabitə sistemindəki dayanıqlı və üstün mövqeyindən xəbər verir.
“Azercell Telekom”un dünyanın müxtəlif operatorları ilə fasiləsiz rouminq əlaqələri qurması istiqamətində göstərdiyi səylər bundan sonra da davam etdiriləcək.
Azercell Telekom MMC Mətbuat Xidməti |