«Azercell Telekom» BM Vergilər Nazirliyinin mükafatına layiq görülübBakı, 24 noyabr 2006 2005-ci ildə “TUSİAB”a üzv olan təşkilatlar arasında “Azercell Telekom” BM-si ən intizamlı və ən böyük vergi ödəyicisi olduğuna, eləcə də Azərbaycan-Türkiyə sosial, mədəni, iqtisadi münasibətlərinin möhkəmlənməsindəki roluna görə mükafatla təltif olunub.
Qeyd edək ki, “Azercell” Azərbaycanın qeyri-neft sektoruna daxil olan şirkətlər arasında ən böyük vergi ödəyicisidir. Belə ki, şirkətimizin dövlətə ödədiyi verginin miqdarı 2005-ci ildə 85.014.740 ABŞ dolları, 2006-cı ilin 10 ayı ərzində 73.781.961 ABŞ dolları, 10 illik fəaliyyəti dövründə isə 303.941.553 ABŞ dolları təşkil edib.
2005-ci ildə Azərbaycan Respublikasının dövlət büdcəsinə “Azercell Telekom” BM-nin ödəmələrinin xüsusi çəkisi 4,09% olub. Azercell Telekom MMC Mətbuat Xidməti |