Azərbaycan dilindəIn EnglishПо-русски

Noyabr ayında daha 36 stansiya quraşdırıldı.

Bakı, 04 dekabr 2006

On bir ayda quraşdırılan stansiyaların sayı 306-ya çatdı!

”Azercell Telekom” əhatə dairəsini daha da genişləndirmək, ölkəmizin hər bir guşəsində keyfiyyətli rabitə xidməti göstərmək üçün 2006-cı ildə qarşıya qoyulan stansiya quraşdırma strategiyasını uğurla həyata keçirməkdədir. Şirkət noyabr ayında Bakıda və ölkəmizin müxtəlif bölgələrində daha 36 stansiya quraşdırdı! Onlardan 25-i Bakıda, 2-si Qubada, qalan 9 stansiya isə Ağcəbədi, Ağdaş, Cəlilabad, İmişli, Lerik, Abşeron, Qobustan, Saatlı və Tovuz rayonlarının ərazisində yerləşir.

Qeyd edək ki, mobil rabitə operatoru daim artan abonentlərini ölkəmizin istənilən nöqtəsində keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə öz stansiyalaraının sayını durmadan artırır. Belə ki, 2006-cı ilin on bir ayında ölkənin müxtəlif bölgələrində 306 stansiya quraşdırılıb. Bütövlükdə “Azercell Telekom” BM bu vaxta qədər 2 rezervləşdirilmiş аbonent bazası, 12 baza stansiyalarına nəzarətçi sistemi, 15 mobil rabitə kommutasiya mərkəzi və 1056 stansiya quraşdırıb.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr