Azərbaycan dilindəIn EnglishПо-русски

Q-SMS - Azercell-dən yeni bir xidmət!

Bakı, 05 dekabr 2006

Ölkənin mobil rabitə bazarında mütərəqqi layihələr müəllifi olan “Azercell Telekom” BM abonentlərinin istifadəsinə daha bir yeni xidmət təhvil verdi! “Q-SMS” adlanan xidmət abonentlərin rahatlığı və vaxtlarına qənaət etmək məqsədi daşıyır.

Yeni xidmətin vəzifəsi Ön Masaya müraciət etmək istəyən abonentləri virtual qeydə alaraq, onları şifrə ilə təmin etmək, həmçinin ofisin ünvanı və iş saatı haqqında 3 dildə - azərbaycan, ingilis və rus dillərində məlumatlandırmaqdır.

“Q-SMS”dən yararlanmaq istəyən abonent Ön Masaya getməzdən əvvəl sadəcə 6564 qısa nömrəsinə boş mesajla istək göndərməli olacaq. Cavab mesajında ona şifrə göndəriləcək və o, Ön Masaya gələrkən Q-matik aparatından istifadə edərək həmin nömrəni daxil edib, sırada durmadan qəbul ediləcək. Qeyd edək ki, xidmətindən istifadə edən abonentlər üçün xüsusi sıra nömrələri olacaq.

Yeni xidmətdən hələlik B. Bağırova küçəsi 2 ünvanda yerləşən Ön Masaya yaxınlaşan abonentlər istifadə edə biləcək. Adıçəkilən Ön Masa hər gün saat 09:00-dan 20:00-a kimi işləyir. Saat 20.00-dan sonra istək göndərən abonentlər isə ertəsi gün qəbul olunacaq ki, bu haqda da, o, mesaj vasitəsilə Ön Masanın ünvanı və iş saatı göstərilmək şərti ilə məlumatlandırılacaq.

Bir istək mesajının qiyməti “Azercell” fakturalı xətt abonentləri üçün 40 qəpik (ƏDV xaric), SimSim, GəncSim və Bizdən Bizə abonentləri üçün isə 100 kontur səviyyəsində müəyyən edilib. Beləliklə, “Azercell Telekom” BM-nin çoxçeşidli xidmətlərinin sırasına biri daha əlavə olundu. Operator ölkəmizdə analoqu olmayan daha bir xidmət istifadəyə verərək öz abonentlərinin rahatlığının qeydinə qalır.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr