Azərbaycan dilindəIn EnglishПо-русски

RoamCELL xidməti ilə məsafə fərqini hiss etməyəcəksiniz.

Bakı, 08 dekabr 2006

“Azercell Telekom” BM Hindistanın “Bharti Airtel” şirkətinin daha iki şəbəkəsi – “Madhya Pradesh” və “Mumbai” ilə rouminq xidmətini istifadəyə verib. Xatırladaq ki, bu, “Azercell”in “Bharti Airtel” şirkətinin şəbəkələri ilə sayca 12-ci rouminq müqaviləsidir. Ümumilikdə isə “Azercell” bu ölkənin beş - “Sterling Cellular”, “Hutchison Max Telecom” (Orange), “BPL Cellular Limited”, “BPL Mobile Communications” və “Bharti (Airtel) Cellular” mobil şirkəti ilə əməkdaşlıq edir.

Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” BM 135 ölkənin mobil rabitə operatorları ilə 307 rouminq sazişi bağlayıb.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr