Azərbaycan dilindəIn EnglishПо-русски

RoamCELL xidməti ilə məsafə fərqini hiss etməyəcəksiniz.

Bakı, 19 dekabr 2006

“Azercell Telekom” BM 3 yeni beynəlxalq operatorla rouminq xidməti istifadəyə verib. Bunlar Brazilyanın “Amazonia Celular”, Xorvatiyanın “Vipnet Croatia” və İspaniyanın “Vodafone” operatorlarıdır. Xatırladaq ki, bu, Brazilya mobil operatorları ilə sayca üçüncü, Xorvatiya ilə ikinci, İspaniya ilə isə dördüncü imzalanan rouminq müqavilələridir.

“Azercell” abonentləri hazırda bu ölkələrin “Claro” və “Telemig Celular” (Braziliya), “Croatian Telecom” (Xorvatiya), “Amena”, “Airtel” və “Telefonica Moviles” (İspaniya ) operatorlarının xidmətindən yararlanırlar.

Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” BM 135 ölkənin mobil rabitə operatorları ilə 310 rouminq sazişi bağlayıb.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr