Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Telekom BM-in ilk baş müdiri olan E.Durukan Teliasonera şirkətinin Avrasiya Biznes sahəsinin rəhbəri təyin olunub.

Bakı, 20 noyabr 2006

Avropanın ən böyük operatorlarından biri olan “TeliaSonera” şirkəti 1 yanvar 2007-ci il tarixindən öz təşkilati strukturunu dəyişərək dörd biznes sahəsindən ibarət olacaq.

Gələn ildən etibarən “TeliaSonera” şirkəti aşağıdakı dörd biznes sahəsi üzrə fəaliyyət göstərəcək: Mobil Xidmətlər, Geniş zolaqlı Xidmətlər, İnteqrasiya olunmuş Müəssisə Xidmətləri və Avrasiya Biznes Sahəsi.

Bütün biznes sahələr üzrə satışı təxminən 90 milyard İsveç kronu ($ 12,7 milyard) təşkil edən “TeliaSonera” 2002-ci ildə birləşmədən sonra Avropada ən gəlirli və maliyyə cəhətdən ən güclü operatorlardan birinə çevrildi.

Struktur dəyişiklikləri sayəsində “TeliaSonera” mobil və geniş zolaqlı xidmətlər sahəsində, həmçinin idarə olunan xidmətlər sahəsində güclü inkişafa nail olacaq və Avrasiya ölkələrinin bazarlarında da yüksək səviyyədə inkişaf edəcək. Yeni təşkilat biznes hədəflərini təkmilləşdirəcək, həmçinin mənfəətini artırmaq və sürətlənmək üçün çətinlikləri aradan qaldıracaq.

"İndi növbəti addım atmaq və inkişaf sahələrini müəyyənləşdirmək üçün yolumuzu seçmək vaxtıdır", - deyə “TeliaSonera” şirkətinin Prezidenti və Baş İcraçısı Anders İgel bildirmişdir. "Bizim yeni təşkilatımız gəlirlə işləmək və inkişaf etmək üçün, həmçinin strategiyamızın həyata keçirilməsində sürət qazanmaq məqsədilə maksimum səy göstərmək üçün yaradılmışdır. Biz seçdiyimiz dörd beynəlxalq biznes sahəsi üzrə bütün dünyada vəhdətə nail olmaq üçün prioritetləri də müəyyənləşdiririk. Biz inanırıq ki, yeni fokus sayəsində iki il ərzində 100 milyard İsveç kronu ($ 14,1 milyard) həcmində satışa nail olacaq və yüksək mənfəət əldə edəcəyik."

Bu yeni biznes sahələrində müştəri xidmətlərinin, həmçinin hər bir müvafiq sektor daxilində və başqa ölkələrdə təkliflərin optimallaşdırılmasına diqqət yetiriləcək. Dörd biznes sahəsi üzrə cavabdehlik qəbul etməklə, hər bir sahənin idarə olunması üçün tam səlahiyyətlərlə çevik qərarlar qəbul etmək lazımdır. Müştərilər yenə də bir şirkətlə əlaqə saxlayacaqlar, məsələn, ümumi lokal web-saytlar, müştəri xidmətinin telefonları və ümumi müştəri məlumat sistemi vasitəsilə. Konkret cavabdehlikləri olan prioritet sahələr, birgə xidmətlər, geniş zolaqlı TV və mobil terminal TV kimi kontent xidmətlər mobil terminalda birləşdiriləcək.

Xidmətlər müştərilərə daha da yaxınlaşdırılacaq, bölmələr daha effektiv şəkildə istifadə olunacaq və yeni xidmətlərə keçid sürətləndiriləcək. Beynəlxalq biznes sahələrində ölkələr arasında əlaqələr yaratmaqla, daha asan və daha çevik qərarlar qəbul etməklə, ümumi bazar xidmətlərində İT dəstəyi prosesdən ayırmaqla, həmçinin daha aydın hədəflər müəyyən etməklə, effektivlik artırılacaq.

Avrasiya Biznes sahəsi. Bu sahə “Fintur” (74%) şirkətinin Qazaxıstan (Kcell), Azərbaycan (“Azercell”), Gürcüstan (“Geocell”) və Moldovadakı (“MoldCell”) fəaliyyətlərini əhatə edir. Bu biznes sahəsi həmçinin Rusiyanın “MegaFon” (44%) və Türkiyənin “Türkcell” (37%) şirkətində “TeliaSonera” şirkətinin səhmdarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün cavabdehdir. Əsas cavabdehlik hər bir ölkədə səhmdarlıq dəyərini yaratmaqdan və inkişafa nail olmaqdan ibarətdir. Ümumilikdə, 2006-cı ilin 3-cü rübünə olan məlumata əsasən, bu fəaliyyətlər 70 milyon müştərini əhatə edir. Fintur şirkətinin əməkdaşlarının sayı 2,000 çatır və satışları 8 milyard İsveç kronu ($ 1,1 milyard) təşkil edir. Bu sahəyə hazırda TeliaSonera Avrasiyanın Prezidenti olan cənab Erdal Durukan rəhbərlik edəcək. 1998-ci ildən İsveç Krallığının Azərbaycanda fəxri konsulu olan Erdal Durukan Azərbaycanda ilk GSM mobil rabitə operatoru olan “Azercell Telekom” BM-i yaradaraq uzun müddət onun baş müdiri çalışıb. Azərbaycanda işlədiyi dövr ərzində Erdal Durukan ölkəmizin iqtisadiyyatı ilə yanaşı təhsil, səhiyyə və mədəniyyət sahələrinin də inkişafına öz töhfəsini verib.

Rəhbərlik etdiyi dövrdə o, “Azercell”in sadəcə kommersiya müəssisəsi kimi deyil, həm də Azərbaycanda gerçəkləşdirdiyi sosial layihələri ilə tanınmasına nail olub. Yaranması və formalaşmasında yaxından iştirak etdiyi və “Azercell” tərəfindən bu gün də hərtərəfli dəstək alan “Ümid yeri” uşaq evi Erdal Durukanın təşəbbüsü ilə Azərbaycanda həyata keçirilən çox saylı sosial layihələrdən biridir. “Azercell Telekom” BM və cənab Durukan sayəsində Azərbaycan beynəlxalq mobil rabitə bazarında tanındı. Ölkəmizin telekommunikasiya sektorunun inkişafında əvəzsiz xidmətləri olan və 5 il Azərbaycanda çalışan Erdal Durukan daim özünü Azərbaycan vətəndaşı kimi hiss edib.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr