“Azercell Telekom” “Intelekt – 2006” mükafatına layiq görüldü!
Bakı, 29 dekabr 2006 “Azercell Telekom” BM daha bir mükafata layiq görüldü! Azərbaycanın mobil bazarının aparıcı şirkəti bu dəfə “İT Magazine” jurnalının “İntellekt - 2006” mükafatının sahibi oldu. Mükafat mobil operatora 2 300 000 nəfərlik ailənin fərdi informasiya vasitəsi olan “SİMURQ” xidmətinin tətbiqinə görə verilib. Xatırladaq ki, “SİMURQ” “Azercell Telekom” BM-in 10 illik yubileyi günü - 15 dekabr 2006-cı il tarixindən abonentlərin istifadəsindədir.
Məlumat üçün qeyd edək ki, müasir texnologiyalar əsasında hazırlanan və mobil telekommunikasiyada inqilabi dəyişikliklər edəcək “SİMURQ” (interaktiv fərdi informasiya və əyləncə xidməti) Azərbaycanda ilk dəfə “Azercell” tərəfindən istifadəyə verildi. Bu xidmət, bütün “Azercell” abonentlərinə dünyada baş verən ən müxtəlif son yenilikləri operativ şəkildə qəbul etmək imkanı verir.
Xatırladaq ki, “Azercell Telekom” artıq 3-cü dəfədir ki, “İntellekt” mükafatına layiq görülür. Belə ki, operator bu mükafatı 2004-cü ildə “GəncSim” tarif paketinə, 2005-ci ildə isə “EDGE” texnologiyasının tətbiqinə görə almışdı.
“Azercell Telekom” BM bundan sonra da öz abonentlərini ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə sevindirəcək!
Azercell Telekom MMC Mətbuat Xidməti |