2006-cı ildə ümumilikdə 328 radio baza stansiyası quraşdırılıb.Bakı, 10 yanvar 2007 ”Azercell Telekom” BM əhatə dairəsini daha da genişləndirmək, ölkəmizin hər bir guşəsində keyfiyyətli rabitə xidməti göstərmək üçün 2006-cı ildə qarşıya qoyulan hədəfləri uğurla həyata keçirdi. Şirkət 2006-cı ilin dekabr ayında Bakıda və ölkəmizin müxtəlif bölgələrində daha 30 stansiya quraşdırdı! Quraşdırılan radio baza stansiyalarının 23-ü Bakıda, qalan 7 stansiya isə Abşeron, Sumqayıt, Xanlar, Ağstafa, Qəbələ, Şəmkir, Əli-Bayramlı rayonlarının ərazisində yerləşir.
Qeyd edək ki, mobil rabitə operatoru daim artan abonentlərini ölkəmizin istənilən nöqtəsində keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə öz stansiyalarının sayını durmadan artırır. Belə ki, 2006-cı ildə ölkənin müxtəlif bölgələrində 328 stansiya quraşdırılıb. Bütövlükdə “Azercell Telekom” BM bu vaxta qədər 2 rezervləşdirilmiş аbonent bazası, 13 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi və 1078 stansiya quraşdırıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |