RoamCELL xidməti ilə məsafə fərqini hiss etməyəcəksiniz.Bakı, 02 fevral 2007 “Azercell Telekom” BM ilə Hindistanın “BhartiAirtel” şirkətinin 3 yeni - “Karnataka”, “Haryana”və “Himachal Pradesh” şəbəkələri arasında birtərəfli (“Azercell” abonentləri “BhartiAirtel” şəbəkəsində) beynəlxalq rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, Hindistanın “BhartiAirtel” şirkətinin şəbəkələri ilə sayca on beşinci rouminq müqaviləsidir.
Ümumilikdə isə “Azercell” bu ölkənin beş - “Sterling Cellular”, “Hutchison Max Telecom” (Orange), “BPL Cellular Limited”, “BPL Mobile Communications” və “Bharti (Airtel) Cellular” mobil şirkəti ilə əməkdaşlıq edir.
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” BM 135 ölkənin mobil rabitə operatorları ilə 314 rouminq sazişi bağlayıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |