RoamCELL xidməti ilə məsafə fərqini hiss etməyəcəksiniz.Bakı, 01 fevral 2007 “Azercell Telekom” BM ilə Fransanın “SFR” operatoru arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, operatorun Fransa ilə sayca ikinci GPRS/MMS rouminq müqaviləsidir. “Azercell” abonentləri hazırda bu ölkənin “Orange” operatorunun xidmətindən yararlanırlar.
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” BM 34 ölkənin mobil rabitə operatorları ilə 70 GPRS/MMS rouminq sazişi bağlayıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |