Azərbaycan dilindəIn EnglishПо-русски

"Azercell Telekom" BM 3GSM Beynəlxalq konqresdə iştirak etdi.

Bakı, 19 fevral 2007

3GSM Beynəlxalq Konqresi mobil sənayedə dünyanın ən geniş sərgisi olmaqla yanaşı, məşhur mobil operatorların rəhbərlərinin, tədarükçülərinin və səhmdarlarının cəmləşdiyi konqresdir. Bu tədbirdə sənayenin gələcəyi müəyyən olunur və biznes əlaqələr yaradılır. Konqres çərçivəsində GSM Assosiasiyası (GSMA) Barselonada 12 – 15 Fevral tarixlərdə GSMA Liderlik üzrə zirvə toplantısı, Mobil sənayenin yenilikləri mövzusunda Forum, Mobil Əyləncələr mövzusunda zirvə toplantısı və bir sıra digər serminar və forumlar təşkil etdi.

Azərbaycanı 3GSM Beynəlxalq Konqresində Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov təmsil etdi.

“Azercell Telekom” BM Azərbaycandan bu konqresdə iştirak edən yeganə şirkətdir. “Azercell Telekom”un iştirakı, 1996 – cı ildən etibarən "TeliaSonera" şirkətlər qrupunun Avrasiyada fəaliyyətlərini idarə edən "Fintur Holdings" B. V. şirkətinin rəhbərliyi altında keçdi.

“Fintur Holdings” Azərbaycanda (“Azercell”), Gürcüstanda (“Geocell”), Qazaxstanda (“K-Cell”) və Moldovada (“Moldcell”) öncül mobil rabitə operatorlarının əsas səhmdarıdır. Adıçəkilən şirkətlərin abonentlərinin ümumi sayı 6.8 milyon və əməkdaşlarının ümumi sayı isə 1.900 nəfərdir. “TeliaSonera” şirkətinin Avrasiyadakı biznes sektoru, həmçinin, Rusiyanın “Megafon” (44%) və Türkiyənin “Turkcell” (37%) operatorlarının səhmlərinin idarə edilməsinə də cavabdehdir.

“Fintur Holdings” B.V. öz birləşmiş müəssisələri olan “Azercell”, “Geocell”, “K’cell” və “Moldcell” şirkətlərinə mobil texnologiyaları sahəsində dünyanın ən nəhəng sərgisinin iştirakçıları olmaq imkanını yaratdı. 3GSM Beynəlxalq Konqresi GSM Assosiasiyası tərəfindən tam şəkildə dəstəklənir və fəaliyyət göstərdiyi 4 gün ərzində sərgiyə 51,000 ziyarətçi cəlb etdi.

“Azercell Telekom” BM mobil sənaye sahəsində dünyanın ən nəhəng sərgisində ilk dəfə olaraq iştirak etdi. 3GSM Beynəlxalq Konqresi zamanı “Azercell Telekom” fəaliyyət göstərdiyi bazarın, yəni Azərbaycanın yalnız iqtisadi cəhətdən deyil, həmçinin siyasi və ictimai cəhətdən də inkişaf etdiyi barədə iştirakçıları məlumatlandırdılar. Yerli bazarda yüksək səviyyəli nailiyyətlərə malik olan və həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələri ilə regionda standart təməlini qoyan şirkət kimi “Azercell Telekom” Azərbaycan ictimaiyyətinə sabit inkişafı təmin etmək üçün davamlı olaraq sərmayələr yatırır və Azərbaycanda korporativ idarəetmə prinsiplərinin tətbiqinə nail olmuş ilk şirkətdir. Mobil rabitə operatoru regionda ən böyük nüfuza malik olan telekommunikasiya şirkətidir və liderliyini qoruyacaq. 10 illik fəaliyyət dövrü ərzində “Azercell Telekom” BM əhatə dairəsinin genişləndirilməsi və bütün Azərbaycan ərazisində yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi kimi mühüm məqsədlərinə nail olmuşdur. Bu növ tədbirlərdə iştirak “Azercell Telekom” BM şirkətinə "Azərbaycan və azərbaycanlılar hər şeyin ən yaxşısına layiqdir" strategiyası çərçivəsində ölkədə ən yeni texnologiyaların tətbiqi kimi ənənəsinə sadiq qalmağa yardım edəcəkdir. Regionda örnək şirkət kimi “Azercell Telekom” BM texnologiya yenilikləri ilə tanış olacaq və əldə etdiyi məlumat və biliklərdən abonentlərinə xidmət etmək üçün istifadə edəcəkdir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr