Yeni SimSim abonentləri üçün Novruz hədiyyəsi!Bakı, 27 fevral 2007 “Azercell Telekom” BM yeni “SimSim”, “GəncSim” və “Bizdən Bizə” abonentləri üçün Novruz bayramı münasibətilə endirim kampaniyasına başladı. “Bayram” adlı endirim kampaniyasında 2 ay gecə-gündüz şəbəkədaxili və “Dost-tanış” nömrələrinə edilən zənglərə görə hər 3 saniyə üçün cəmi 1 kontur hesablanacaq! “Bayram” kampaniyasından yalnız 27 fevral – 27 mart 2007-ci il tarixlərində ilk danışıq konturlarını aktiv edən abonentlər yararlana biləcəklər.
Novruz endirim kampaniyasına qoşulmaq çox rahatdır. Bunun üçün abonentlər 01 aprel 2007-ci il tarixinə qədər “Bayram” sözünü yazıb, 7575 nömrəsinə qısa mesaj göndərməlidirlər. Bayram endiriminin başqa şərtləri “Bizdən Bizə” tarif şərtləri ilə eynidir.
“Bayram” endiriminə hər abonent yalnız bir dəfə qoşularaq 2 ay faydalana bilər. Endirim müddəti bitdikdən sonra abonentin bilavasitə bundan əvvəl istifadə etdiyi tarif şərtləri bərpa olunur.
“Azercell Telekom” BM-in öz abonentlərinə bayram hədiyyələri hazırlaması artıq xoş bir ənənəyə çevirilib! Qeyd edək ki, ötən Novruzda da, oxşar bayram endirimləri tətbiq olunmuşdu. Operator bundan sonra da öz abonentlərinə keyfiyyətli rabitə xidməti ilə yanaşı, müxtəlif güzəşt kampaniyaları da təqdim edəcək!
Azercell Telekom MMC Mətbuat Xidməti |