Azercell-dən yeni danışıq kartı.Bakı, 12 mart 2007 Bu yaxınlarda keçirdiyi mətbuat konfransında “Azercell Telekom” Birgə Müəssisəsinin Baş Müdiri Halim Ateş 2007-ci ilin prioritetlərini açıqlayaraq şirkətin bu il ərzində müştərilərin ehtiyac və istəklərinə görə xidmət, tarif və məhsul təqdim edəcəyini bildirib.
Bu bəyanatın ilk nəticəsi olaraq “Azercell Telekom” BM “SimSim”, “GəncSim” və “BizdənBizə” abonentləri üçün nominal satış qiyməti 5 (beş) manat (ƏDV daxil) dəyərində olan danışıq kartını istifadəyə verib. 1000 kontur həcmində olan yeni kart abonentlərə 180 gün (60 gün istifadə və 120 gün iki tərəfli açıq xətt) abonentlik müddəti imkanı verir.
Qeyd edək ki, hazırda 2, 5, 10, 20, 40 manat dəyərində olan danışıq kartları “SimSim”, “GəncSim” və “BizdənBizə” abonentlərinin istifadəsindədir. Qiyməti 5 manat dəyərində olan yeni yüklənmə kartları isə abonentlərə daha geniş seçim imkanı verir. Danışıq kartlarının dəyər üzrə çeşidinin artırılması hər bir abonentə öz alıcılıq qabiliyyətinə uygun addım atmağa şərait yaradır.
Bu isə bir daha göstərir ki, müxtəlif sosial təbəqəyə aid olan abonentlərinə həmişə eyni münasibət göstərən “Azercell Telekom” BM onların maddi imkanlarını da daim diqqət mərkəzində saxlayır.
Fəaliyyəti dövründə öz abonentlərini müxtəlif xidmət, kampaniya və yeniliklərlə sevindirən “Azercell Telekom” BM-i bu təşəbbüsü növbəti illərdə də davam etdirəcək. Şübhəsiz ki, həmişə olduğu kimi, bu dəfə də operatorun yeni məhsulu çoxmilyonlu “Azercell” ailə üzvləri arasında populyarlıqla qarşılanacaq.
Azercell Telekom MMC Mətbuat Xidməti |