Azercell-dən SimSim abonentləri üçün reaktivasiya kampaniyasi!Bakı, 12 mart 2007 Yeni və mövcud abonentləri üçün daim müxtəlif kampaniyalar keçirən “Azercell Telekom” BM köhnə abonentlərini də unutmur. Mobil rabitə operatoru nömrəsi ləğv olunmuş və xətti ikitərəfli bağlı olub ləğv olunmamış bütün SimSim, GəncSim və BizdənBizə abonentlərinə Novruz hədiyyəsi olaraq 12-21 mart 2007-cı il tarixlərində nömrələrini yenidən aktivləşdirmək üçün əvəzolunmaz imkan yaradır. Reaktivasiya kampaniyası dövründə xətti ikitərəfli bağlı olan abonentlər nömrələrini aktivləşdirmək üçün sadəcə göstərilən dövrdə danışıq kartı yükləməlidir. İlk yükləmə zamanı nömrəsi bağlı olan həmin abonentlər yüklədiyi ilk kart həcmində bonus qazanacaqlar! Bonus abonentlərin balansına 1 aydan sonra yüklənəcək.
Nömrəsi ləğv olunmuş abonentlər kampaniyaya qatılmaq üçün öncə Azercell Ekspress ofislərində nömrələrini aktiv etdirməlidir. İlk danışıq kartını yalnız bundan sonra yükləmək mümkün olacaq. Xətti ikitərəfli bağlı olub ləğv olunmamış abonentlər isə kartı birbaşa yükləməklə kampaniyaya qoşula bilərlər. Kampaniya müddəti bitdikdən – martın 21-dən sonra ilk danışıq kartı yükləyən abonentlər bonus qazanmayacaqlar.
2007-ci ili endirim və güzəşt kampaniyaları ilə başlayan “Azercell Telekom” BM bundan sonra da fəaliyyət prioriteti elan etdiyi - müştərilərin ehtiyac və istəklərinə görə xidmət, tarif və məhsul təqdim etmək ənənəsinə sadiq qalacaq!
Azercell Telekom MMC Mətbuat Xidməti |