Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell-dən bayram tədbirlərinə ənənəvi dəstək.

Bakı, 19 mart 2007

“Azercell Telekom” BM Novruz Bayramı münasibətilə iki sosial layihənin həyata keçirilməsini dəstəklədi!

Milli-mənəvi dəyərlərimizə hörməti öz fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edən “Azercell” cəmiyyətin qayğıya ehtiyacı olan təbəqəsinə dəstəyini tarixi kökləri minillərin o tayından boylanan, əsrlər boyu xalqımıza qoşulub onun odu, baharı, səmənisi, xonçası, bərəkəti olan Novruz bayramı ərəfəsində də göstərdi. Gələcəyimiz olan uçaqlara qayğı və diqqəti heç bir zaman əsirgəməyən “Azercell Telekom” BM Respublika Uşaq Təşkilatının Yasamal şöbəsinin müraciətinə əsasən qaçqın, məcburi köçkün, şəhid ailələrindən olan, əlil və kimsəsiz uşaqlar üçün bayram tədbiri keçirilməsinə və onlara geyim alınmasına yardım etdi.

“Azercell” həmçinin öz sıralarında torpaqlarımızın bütövlüyü uğrunda döyüşən qadınları birləşdirən Müharibə Veteranı Qadınlara Sosial Yardım İctimai Birliyinə də maddi yardım etdi.

Bütövlükdə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımız “Azercell”in maddi dəstəyini həmişə öz üzərində hiss edib və opertor bu məqsədə yönəlik fəaliyyətini bu gün də davam etdirir. Təkcə 2006-cı ildə şirkət sosial layihələrə 1,9 milyon manat sərf edib. Ötən on ildə isə bu məqsədlərə 4,6 milyon manatdan artıq vəsait xərclənib. Bu göstərici operatorun korporativ sosial məsuliyyət layihələrinə böyük önəm verdiyini bir daha təsdiq edir.

“Azercell Telekom” BM Azərbaycan xalqını, o cümlədən 2.3 milyondan çox abonent ailəsini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edir və Azərbaycanımıza əbədi bahar ovqatı arzulayır!


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr