Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Telekom BM-dən daha bir müjdə!

Bakı, 15 mart 2007

Artıq üç aydır ki, “Azercell” abonentləri unikal “Simurq” xidmətindən istifadə etmək imkanına malikdirlər. Azərbaycanda bənzəri olmayan bu xidmət vasitəsilə müxtəlif faydalı məlumat, yeniliklər, xəbər, musiqi və rəngarəng əyləncə “Azercell” abonentlərinə uyğun vaxtda, onları narahat etmədən birbaşa telefonun ekranına gəlir. Bu interaktiv xidmətin istifadəçiləri ən yeni musiqiləri, gündəlik ulduz falını, maraqlı şəkil və klipləri, “ZəngimCELL” melodiyalarını dərhal öz telefonlarına yükləmək imkanı əldə edirlər.

Məlum olduğu kimi yeni “Azercell” nömrələrinin hamısı “Simurq” interaktiv xidmətini dəstəkləyir. Mövcud abonentlərin də “Simurq”a qoşulmalarını asanlaşdırmaq üçün “Azercell Telekom” BM yeni xidmət istifadəyə verildiyi gündən etibarən 3 aylıq endirim kampaniyası elan etmişdi. Kampaniya dövründə abonentlər 50%-lik endirimlə Simkart dəyişikliyi etmək imkanını qazanmışdılar.

İlkin olaraq, bu güzəşt kampaniyasının martın 15-də bitəcəyi nəzərdə tutulmuşdu. Lakin daim abonentlərini düşünən, onların yeni nəsil texnologiyalara yaxın olmasına şərait yaratmağa çalışan “Azercell”, Novruz bayramı ərəfəsində onlara daha bir xoş sürpriz hazırlayaraq, “Simurq” xidmətini dəstəkləyən simkart dəyişikliyinə tətbiq edilən 50 faizlik güzəşt kampaniyasının müddətini bu ilin sonunadək uzatdı. Beləliklə, “Azercell” abonentləri bu il dekabrın 31-dək 3.54 AZN (ƏDV daxil) ödəməklə, interaktiv informasiya və əyləncə xidmətinə qoşula biləcəklər. Bu kampaniya daha çox “Azercell” abonentinin mobil telekommunikasiya sahəsində sıçrayış hesab edilən və MDB ərazisində Rusiyadan sonra yalnız Azərbaycanda istifadəyə verilən “Simurq” xidmətinin üstünlüklərini hiss etməsinə imkan yaradacaq.

Onu da qeyd edək ki, bu bənzərsiz xidmətə qoşulmaq pulsuzdur. Bunun üçün sadəcə telefonun menyusunda həmin xidməti aktivləşdirmək lazımdır. “Simurq” xidməti haqqında ətraflı məlumatı www.simurq.az saytından əldə etmək olar.

Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr