RoamCELL xidməti ilə məsafə fərqini hiss etməyəcəksiniz.Bakı, 14 mart 2007 “Azercell Telekom” BM ilə İspaniyanın “France Telecom Espana, S.A” (3G 2100) operatoru arasında rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, İspaniya mobil operatorları ilə sayca beşinci rouminq müqaviləsidir. “Azercell” abonentləri hazırda bu ölkənin “Amena”, “Airtel”, “Telefonica Moviles” və “Vodafone” operatorlarının xidmətindən yararlanırlar.
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” BM 136 ölkənin mobil rabitə operatorları ilə 317 rouminq sazişi bağlayıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |