RoamCELL xidməti ilə məsafə fərqini hiss etməyəcəksiniz.Bakı, 29 mart 2007 “Azercell Telekom” BM ilə Rusiyanın “LLC Ekaterinburg 2000”(GSM 1800) və Koreyanın “KTF” (WCDMA) operatorları arasında rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, Rusiya ilə sayca on səkkizinci, Koreya ilə isə ikinci rouminq müqaviləsidir.
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” BM 136 ölkənin mobil rabitə operatorları ilə 319 rouminq sazişi bağlayıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |