Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell 2007-ci ilin fevral-mart aylarında daha 41 stansiya quraşdırdı.

Bakı, 10 aprel 2007

”Azercell Telekom” əhatə dairəsini daha da genişləndirmək, ölkəmizin hər bir guşəsində keyfiyyətli rabitə xidməti göstərmək üçün 2007-ci ildə də qarşıya qoyulan stansiya quraşdırma strategiyasını uğurla həyata keçirməkdədir. Şirkət fevral və mart aylarında Bakıda və ölkəmizin müxtəlif bölgələrində daha 41 stansiya quraşdırdı! Onlardan 28-i Bakıda, 2-si Qobustanda, qalan 11 stansiya isə Sumqayıt, Abşeron, Qax, Quba, İsmayıllı, Kəngərli, Goranboy, Şərur, Şəki, Lənkəran və Cəlilabad rayonlarının ərazisində yerləşir.

Qeyd edək ki, mobil rabitə operatoru daim artan abonentlərini ölkəmizin istənilən nöqtəsində keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə öz stansiyalarının sayını durmadan artırır.

Bütövlükdə “Azercell Telekom” BM bu ilin mart ayının sonuna 2 rezervləşdirilmiş аbonent bazası, 13 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi və 1139 stansiya quraşdırıb.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr