RoamCELL xidməti ilə məsafə fərqini hiss etməyəcəksiniz.Bakı, 17 aprel 2007 “Azercell Telekom” BM ilə ABŞ-ın “Cingular Wireless” və Xorvatiyanın “Vipnet” operatorları arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, Azercell-in ABŞ-la sayca dördüncü, Xorvatiya ilə birinci rouminq müqaviləsidir.
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” BM 37 ölkənin mobil rabitə operatorları ilə 84 GPRS/MMS rouminq sazişi bağlayıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |